Alternative content

01:14 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xarbində mehmanxanada yanğın zamanı 18 nəfər həlak oldu
Xarbində mehmanxanada yanğın zamanı 18 nəfər həlak oldu
ANA SƏHİFƏ / DÜNYA
12:08 25.08.2018

Çinin şimal-şərqində, Xarbin şəhərində yanğın zamanı azı 18 nəfər həlak olmuşdur. Bu barədə “Sinxua” agentliyi xəbər verir.

Faciə dünən səhər mehmanxanaların birində baş vermişdir. Sahəsi təxminən 18 min kvadratmetr olan dördmərtəbəli kərpic-beton binada 400 kvadratmetrlik sahə yanmışdır.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, alovla mübarizəyə beş yanğınsöndürmə briqadası göndərilmişdi. Yanğının söndürülməsinə 107 yanğınsöndürən cəlb olunmuşdu. Hadisənin səbəbləri müəyyənləşdirilir.