25 Avqust 2018 12:08
119
DÜNYA
A- A+

Çili məhkəməsi Pinoçetə məxsus olmuş əmlaka həbs qoydu

Çili məhkəməsi sabiq diktator Auqusto Pinoçetin varislərinə məxsus olan 1,6 milyon dollarlıq əmlaka həbs qoymuşdur. Bu barədə məhkəmənin qərarına istinadən 24 Oras telekanalı xəbər verir.

Məhkəmənin fikrincə, Pinoçetin həyat yoldaşı Lusiya İriart və digər varislər əmlakı öz sərəncamlarında saxlaya bilməzlər, çünki “onlar sahib çıxdıqları vəsaitin qanunsuz mənşəyindən xəbərdar idilər”.

Məhkəmə həmçinin büdcə vəsaitini talamaq ittihamı ilə istefada olan bir neçə hərbçi barədə qərar qəbul etmişdir. Qabriel Mario Verqara Sifuentes, Xuan Rikardo Mak-Lin Verqara və Euxenio Fernando Kastilyo Kadis dörd il müddətinə azadlıqdan məhrum olunmuşlar. 

Xatırladaq ki, Pinoçet 2006-ci ilin dekabrında 91 yaşında vəfat etmişdir. Eks-diktator o vaxt ev dustağı idi. Pinoçet hərbi rejim dövründə insan hüquqlarını pozmaqda, həmçinin vergi cinayətləri törədərək təqribən 21 milyon dollar məbləğində varidat əldə etməkdə ittiham olunurdu. 2004-cü ildə onun xarici banklarda gizli hesabları aşkarlanmışdır. Bununla əlaqədar eks-diktator sabiq dövlət başçısı kimi toxunulmazlıqdan məhrum edilmişdi və qanunsuz varlanma ittihamı ilə məhkəmə qarşısında dayanmalı idi. 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video