Ürəkləri riqqətə gətirən şeirlər, qəlbləri ovsunlayan nəğmələr müəllifi
Bu gün Xalq şairi Fikrət Qocanın ad günüdür
Bu gün Xalq şairi Fikrət Qocanın anadan olduğu gündür.
AZƏRTAC xəbər verir ki, 83 il bundan öncə dünyaya göz açan Fikrət Qoca poeziyasının əsas qayəsi vətənpərvərlik, yurdsevərlikdir. Onun şeirlərində Vətənə, insana, cəmiyyətə, təbiətə sonsuz sevgi və məhəbbət tərənnüm olunur. O, öz qələmi ilə xalqa, doğma yurduna, müstəqil dövlətçiliyə xidmət edib. Şair bütün yaradıcılığı ilə mənsub olduğu millətin söz xəzinəsini daha da zənginləşdirməyə çalışıb. O, Azərbaycan ədəbi prosesinin öndə gedən nümayəndələrindən biridir. Fikrət Qoca öz yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş dövrün problemlərini, qayğılarını, müasir dövrü, zamanın bədii lirikasını canlandırır. Şair, həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirir, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr, roman və povestlər qələmə alıb.
Onun bəzən dalğalı dəniz kimi üsyankar, bəzən həzin, xəfif bahar mehi kimi yumşaq, nəvazişkar poeziyası ilk gündən oxucusunun ürəyinə çöküb, sevgi qazanıb, könüllərdə yuva qurub.
Şairin incə ruhlu, həssas düşüncəli, azadlıq və istiqlal ideyalarını tərənnüm edən şeir və poemaları gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayıb.
Fikrət Qoca “Qağayı”, “Hamıya borcluyam”, “Dənizdə ay çiməndə”, “Od gəlini”, “Yatmadığım gecələrdə”, “Günlərin bir günü”, “Gül ömrü”, “İnsan xasiyyəti”, “Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Seçilmiş əsərləri”, “Eldən-elə, dildən-dilə”, “Sükutun səsi” və digər kitabların müəllifidir.
Şeirimizə bahar ovqatı gətirən Fikrət Qocanın sözlərinə yüzlərlə mahnı bəstələnib, əsərlərinə səhnə ömrü verilib, radiotamaşalar həsr edilib. Fikrət Qocanın əsərləri oxucunu Vətən və millət haqqında düşünməyə vadar edir. Şairin Vətənə həsr olunan şeirlərində bütövlükdə Azərbaycanın təkrarsız gözəllikləri, yurdumuzun igid, qəhrəman övladları, tariximizin şərəfli səhifələri poetik bir dillə vəsf olunub.
Onun 1990-cı il 20 Yanvar hadisələrindən, Qarabağ müharibəsindən, gənclərin qəhrəmanlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər”, “Rəssam düşünür”, “Taleyin ağır taleyi” əsərlərində həyatın acı, keşməkeşli üzü bədii boyalarla əks olunub.
Şairin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib, Xalq şairi, Əməkdar incəsənət xadimi fəxri adlarına, Prezident İlham Əliyevin Sərəncamı ilə 80 illik yubileyi ərəfəsində “Şərəf” ordeninə, digər fəxri adlara, orden və medallara layiq görülüb, sözə, ədəbiyyata gətirdiyi yeniliklərə görə əməyi yüksək qiymətləndirilib.
O, bu gün də böyük ürək və tükənməz sevgi ilə yazıb yaradır. Sevimli şairimizə cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
29 Mart
Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SO...
29 Mart
Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir
29 Mart
İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır...
29 Mart
“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb
29 Mart
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
29 Mart
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanı...
29 Mart
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək...
29 Mart
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!