Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:21 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Düşənbədə MDB ölkələrinin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının 25-ci iclası keçirilib
Düşənbədə MDB ölkələrinin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının 25-ci iclası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
12:08 25.08.2018

 

Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının (VXRƏŞ) 25-ci iclası keçirilib.         

Tədbirdə şuranın üzvləri - Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldovanın müvafiq qurumlarının rəhbərləri, müşahidəçilər, Koreya Respublikasının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Ölkəmizi tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

Yığıncaqda rəqəmsal iqtisadiyyat dövründə vergilərin inzibatiləşdirilməsi və 2017-ci ildə qəbul edilən Tədbirlər Planının yerinə yetirilməsi məsələləri müzakirə olunub.

Bundan başqa, bu sahədəki qanunvericiliyə əməl olunması üzrə vergi orqanları arasında əməkdaşlıq və qarşılıqlı yardım, vergi qanunlarının pozulmasının qarşısının alınması ilə bağlı informasiya mübadiləsi məsələləri də araşdırılıb.

İclasda şuranın Tədbirlər Planı da qəbul edilib.

Şuranın növbəti iclasının 2019-cu ildə Rusiyada keçirilməsi qərara alınıb.

 

AZƏRTAC


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM