Alternative content

05:48 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-ın hüquq mühafizəçiləri: Trampı ölümlə hədələyən adam silahlı və təhlükəlidir
ABŞ-ın hüquq mühafizəçiləri: Trampı ölümlə hədələyən adam silahlı və təhlükəlidir
ANA SƏHİFƏ / DÜNYA
10:08 24.08.2018

İyun ayında ABŞ Prezidenti Donald Trampı öldürəcəyi ilə hədələyən Pensilvaniya ştatının sakini Şon Riçard Kristi hələ də axtarışdadır. Sonuncu dəfə onu bu həftə Merilənd ştatının Kamberlənd şəhərində oğurlanmış yük maşınında görüblər. Bu barədə ABŞ-ın Federal Marşallar Xidmətindən bildiriblər. İyunun 19-da 27 yaşlı Kristinin həbsi barədə order verilib. O, digər vəzifəli şəxsləri də hədələdiyi üçün federal hakimiyyət tərəfindən əvvəlki kimi axtarılır.

Hökumət orqanları Kristini hələ ki tapa bilmirlər. O, prezidenti və digər vəzifəli şəxsləri özünün “Facebook” səhifəsində hədələməklə federal hökumətin diqqətini çəkib.

ABŞ-ın Federal Marşallar Xidmətinin nümayəndəsi Robert Klark cümə günü bildirib ki, Şon Kristi tərəfindən qaçırılmış qırmızı rəngli pikap Pensilvaniya ştatının Tamak şəhərində tapılıb. ABŞ Marşalları, FTB və ABŞ məxfi xidməti Kristini silahlı və olduqca təhlükəli hesab edirlər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM