Alternative content

07:54 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması İtaliya komandasına qalib gəlib
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması İtaliya komandasına qalib gəlib
ANA SƏHİFƏ / İDMAN
10:08 24.08.2018

Antalyada voleybol üzrə “Gloria Cup” beynəlxalq turniri keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması ikinci matçında İtaliya komandası ilə qarşılaşıb. Oyun 3:0 (25:19, 25:22, 25:22) hesabı ilə Azərbaycan millisinin qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, birinci turda yığmamız Türkiyə komandasına 3:0 hesabı ilə uduzub. Rusiya millisi isə İtaliya kollektivindən üstün olub - 3:1.

Millimizin növbəti rəqibi Rusiya voleybolçuları olacaq. Oyun avqustun 25-də keçiriləcək.