Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:13 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanın 37 ölkəsindən 140 gəncin qatıldığı Diaspor Gənclərinin I Yay düşərgəsinin rəsmi açılış mərasimi keçirilib
Dünyanın 37 ölkəsindən 140 gəncin qatıldığı Diaspor Gənclərinin I Yay düşərgəsinin rəsmi açılış mərasimi keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:08 24.08.2018

Avqustun 24-də Şəki şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinin rəsmi açılış mərasimi olub.

“Marxal” müalicə-istirahət kompleksinin Yay teatrında keçirilən tədbirə Gənclər və İdman Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Şəki Şəhər İcra Hakimiyyətinin, Gənclər Fondunun rəsmiləri, Milli Məclisin deputatları və digər qurumların nümayəndələri qatılıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimindən əvvəl düşərgə iştirakçıları ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının birgə təşəbbüsü ilə həyata keçirilən Diaspor Gənclərinin I Yay düşərgəsinin mühüm əhəmiyyətə malik bir tədbir olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, düşərgənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan gəncləri Azərbaycanın milli-mədəni irsi ilə yaxından tanış etmək, ölkəmizin maraqlarının birgə müdafiəsinə nail olmaqdır.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, hər bir xalqın, millətin ən böyük sərvəti onun müstəqil dövlətinin olmasıdır. 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika idi. Azərbaycan xalqı və dövləti bu cümhuriyyəti yaradanların xatirəsinə həmişə böyük hörmətlə yanaşır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd olunur. Dövlətimizin başçısının digər Sərəncamı ilə isə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

Son illər ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan Elxan Usubov Azərbaycanın əldə etdiyi uğurların dünyada təbliğ edilməsində diaspor gənclərinin də üzərinə böyük vəzifənin düşdüyünü bildirib.

Düşərgə iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanın ən qədim və gözəl şəhərlərindən biri olan Şəkinin 2700 ildən çox yaşı var. Şəkidə dövlət mühafizəsinə götürülmüş 84 tarixi və memarlıq abidəsi mövcuddur. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi dünya əhəmiyyətli memarlıq abidələridir. Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib. “Azərbaycan Prezidentinin qurum qarşısında qoyduğu əsas vəzifə ondan ibarətdir ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı diqqətdən kənarda qalmasın”, - deyən Komitə sədri bildirib ki, bugünkü tədbir əslində bu işlərin praktiki həyata keçirilməsini göstərir.

Fuad Muradov deyib: “Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, gənclər bizim gələcəyimizdir. Gənclər gələcəyimizin təminatıdır. Bu sözlər bu gün artıq reallığa çevrilir. Azərbaycanı təmsil etmək çox şərəfli bir işdir. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar artıq bizə imkan verir ki, harada yaşamağımızdan asılı olmayaraq, fərəhlə və çox böyük qürur hissi ilə deyə bilək ki, Azərbaycanın inkişafında bizim də əməyimiz var. Bu əməllər son nəticədə müstəqilliyimizi əbədi edəcək, dövlətçiliyimizi möhkəmləndirəcək. Bu gün həyata keçirilən siyasətin əsas istiqaməti Azərbaycan gənclərinin yaxşı təşkilatlanması, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasıdır”.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda dövlət gənclər siyasətinin ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, hazırda bu siyasətin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlətin gənclərlə bağlı siyasətində yeni mərhələnin başlandığını vurğulayan nazir qeyd edib ki, Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası şübhəsiz, gənclərin ictimai fəallığının artmasına, intellektual, fiziki və mənəvi inkişafına öz töhfəsini verəcək. Strategiyanın məqsədi Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bu gün həqiqətən də çox gözəl bir tədbir keçirilir. Azərbaycanın dilbər guşəsi olan Şəkidə, bu tarixi məkanda, bu gözəlliklər yurdunda belə bir tədbirin təşkil olunması, gənclərimizin Avropadan, Asiyadan, ABŞ-dan, Şərqdən gələn gənclərlə bir yerdə olması həqiqətən də təqdirəlayiqdir. Bunu ancaq alqışlamaq olar. Bu tədbirlər uğurla davam etdirilməlidir, qonaqlarımız təkcə Şəkini yox, Azərbaycanın bütün dilbər guşələrini tanımalıdırlar”.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə çıxışında gəncliyin önəminə toxunub: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclər yeniliklər etmək, inkişafa töhfə vermək qüdrətinə malikdirlər. Dövlət qurumlarının üzərinə düşən əsas vəzifə gənclər üçün bu potensialı reallaşdırmağa şərait yaratmaqdır. Bu gün Azərbaycan xalqı da, dövləti də gəncləri ilə fəxr edə bilər. Çünki gənclərimiz yüksək səviyyəli mütəxəssislər kimi iqtisadiyyatımıza töhfə verirlər, beynəlxalq idman yarışlarında üçrəngli Azərbaycan bayrağını qaldırır, himnimizi səsləndirir, ən əsası da ölkəmizin ərazi bütövlüyünün bərpası, sərhədlərimizin toxunulmazlığı və işğal altındakı torpaqlarımızın düşməndən azad olunması uğrunda yüksək fədakarlıq nümayiş etdirirlər”.

Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı Yaqub Mahmudov belə bir möhtəşəm tədbiri keçirmək üçün qədim Şəki diyarını seçdikləri üçün təşkilatçılara dərin minnətdarlığını bildirib. Akademik vurğulayıb ki, diaspor gənclərinin bir araya toplanması Dövlət Komitəsinin fəaliyyətində yeni bir mərhələnin başlandığını sübut edir.

Çıxışlardan sonra bədii proqram nümayiş olunub.

Qeyd edək ki, Diaspor Gənclərinin I Yay düşərgəsində dünyanın 37 ölkəsindən 140 gənc iştirak edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM