Alternative content

08:43 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çində “ağıllı” çamadan istehsal olunub
Çində “ağıllı” çamadan istehsal olunub
ANA SƏHİFƏ / Elm və texnika
10:08 24.08.2018

Çinin “Xiaomi” şirkətinin mütəxəssisləri bu yaxınlarda “90 Minutes Smart Unlock Suitcase” “ağıllı” çamadanını istehsal ediblər. Uzaq səyahətlər üçün nəzərdə tutulan bu çamadanlar daktiloskopik sensorlarla təchiz olunub.

AZƏRTAC vladtime.ru saytına istinadla xəbər verir ki, çamadan barmaq izi ilə açılır və beş nəfərin barmaq izini onun yaddaşında saxlamaq mümkündür. Enerji təchizatının iki elementi texnologiyanın yarım il ərzində təmin olunmasına imkan verir. Enerji həcminin kəskin düşməsi zamanı enerji təchizatı üçün USB portundan istifadə etmək olar.

“90 Minutes Smart Unlock Suitcase”in karkası alüminiumdan, korpusu etibarlı polikarbonatdan hazırlanıb ki, bu da çamadanı və onun daxilində olan əşyaları korlamağa imkan vermir. Hazırda məhsulun qiyməti 145 ABŞ dollarıdır.