Alternative content

10:10 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa aviaşirkətləri İrana uçuşları dayandıracaq
Avropa aviaşirkətləri İrana uçuşları dayandıracaq
ANA SƏHİFƏ / DÜNYA
05:08 24.08.2018

“British Airways” və “Air France” aviasiya şirkətləri gələn il İranın paytaxtı Tehrana uçuşları dayandırmağı planlaşdırır. BBC-nin xəbərinə görə, buna səbəb reyslərin rentabelli olmamasıdır.

Aviaşirkətlərin rəhbərliyi bildirmişdir ki, İrana uçuşların dayandırılması kommersiya baxımından sərfəli deyil. BBC qeyd edir ki, Vaşinqton Tehrana qarşı sanksiyaların bir hissəsini bərpa etdikdən sonra iranlıların xaricə səyahəti çətinləşmişdir, çünki ABŞ-ın sanksiyalı İran rialının məzənnəsinin aşağı düşməsi ilə nəticələnmişdir.

Xatırladaq ki, “British Airways” şirkəti Britaniya ilə İran arasında reysləri dördillik fasilədən sonra iki il əvvəl bərpa etmişdi. Son hadisələrlə əlaqədar “British Airways”in London-Tehran marşrutu ilə son reysi gələn ayın 22-də həyata keçiriləcək.

Öz növbəsində “Air France” əvvəllər Fransa ilə İran arasında uçuşları həftədə üç dəfə həyata keçirirdi. Bu ay isə aviaşirkət həftədə cəmi bir reys ayırmışdı. Gözlənildiyinə görə, Fransa aviaşirkəti Tehrana uçuşları sentyabrın 18-də dayandıracaq.

Ötən ay Niderlandın KLM aviaşirkəti də Tehrana reysləri dayandıracağını bildirmişdir.