Alternative content

18:04 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Skott Morrison Avstraliyanın yeni Baş naziri seçildi
Skott Morrison Avstraliyanın yeni Baş naziri seçildi
ANA SƏHİFƏ / DÜNYA
05:08 24.08.2018

Avstraliya hökumətinin xəzinədarı Skott Morrison Baş nazir vəzifəsində Malkolm Ternbullu əvəz etmişdir. Morrison həmçinin hakim koalisiyaya daxil olan Liberal Partiyanın lideri seçilmişdir.

Ternbull Liberal Partiyasının lideri vəzifəsi uğrunda mübarizədə səsvermənin ilk turunda 48 faiz səslə qalib gəlmişdi, lakin onun rəqibləri təkrar səsvermənin keçirilməsini tələb etmişdilər. Buna cavab olaraq Ternbull namizədliyini təkrarən irəli sürməkdən imtina etmişdir. Təkrar səsvermənin nəticələrinə görə, Skott Morrison 45 faiz səslə partiyanın lideri seçilmişdir. O, avtomatik olaraq ölkənin Baş naziri kürsüsünə yiyələnmişdir.