Alternative content

11:53 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Simaron” Yaponiyanı vurdu
“Simaron” Yaponiyanı vurdu
ANA SƏHİFƏ / DÜNYA
05:08 24.08.2018

Yaponiyanın qərbində “Simaron” tayfunu üzündən azı 13 nəfər xəsarət almışdır. Bu barədə “Kyodo” agentliyi xəbər verir.

Qeyd olunur ki, təbii fəlakət nəticəsində təxminən 100 min ev təsərrüfatı elektrik enerjisindən məhrum olmuşdur. 300-dən çox aviareys təxirə salınmışdır.

Qasırğanın dünən axşam zəifləyəcəyi barədə proqnozlar verilirdisə də, Milli Meteoroloji İdarə bildirmişdir ki, leysan yağışları davam edəcək, torpaq sürüşmələri baş verə bilər.