Alternative content

18:43 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndoneziyada silsilə zəlzələlər nəticəsində həlak olanların sayı 555-ə çatıb
İndoneziyada silsilə zəlzələlər nəticəsində həlak olanların sayı 555-ə çatıb
ANA SƏHİFƏ / DÜNYA
05:08 24.08.2018

İndoneziyanın Lombok adasında baş verən silsilə zəlzələlər nəticəsində həlak olanların sayı 555-ə çatıb, 1500 nəfər isə xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 24-də “Channel NewsAsia” telekanalı İndoneziya Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyinə istinadla məlumat yayıb. Məlumatda qeyd edilir ki, 390 min yerli sakin öz evlərini itirib, müvəqqəti təxliyə mərkəzlərində yerləşib.

Xatırladaq ki, Lombok adasında güclü yeraltı təkanlar iyulun 29-da başlanıb və avqustun 5-də 7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət qonşuluqdakı Bali adasına da zərər vurub. İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölkə iqtisadiyyatına 348 milyon dollar ziyan dəyib.