24 Avqust 2018 05:08
149
DÜNYA
A- A+

Dünyanın ən bahalı şəhərləri: Paris, Təl-Əviv, Nyu-York…

Türkiyə Otelçilər Birliyi “STR Global” araşdırma və təhlil şirkətinin yay aylarında bütün növ otel nömrələrinin qiymətlərinə dair məlumatları əsasında dünyanın ən bahalı şəhərlərinin reytinqini müəyyənləşdirib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ən bahalı şəhərlərin reytinq cədvəlində ilk 20 yerdə qərarlaşan şəhərlərin çoxu Avropa ölkələrindədir. Bu göstəriciyə görə, ilk üç yeri müvafiq olaraq Paris, Təl-Əviv və Nyu-York şəhərləri tutur. Fransa paytaxtı günlük orta hesabla 263 avroya çatan otel qiymətləri ilə dünyanın bahalı şəhəri statusunu qazanıb. Otel otaqlarının orta qiyməti 239 avro olan Təl-Əviv siyahıda ikincidir. Üçüncü pillədə yer alan Nyu-York şəhərində isə qiymətlər 236 avro təşkil edir.

Reytinqdə İsveçrənin ən böyük şəhəri Sürix 216 avro ilə dördüncü, Cenevrə isə 215 avro ilə beşinci sırada qərarlaşır. İlk onluğa, həmçinin Roma (182 avro), London (181 avro), Kopenhagen (179 avro), Amsterdam (178 avro) və Dublin (168 avro) şəhərləri daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video