24 Avqust 2018 05:08
435
İDMAN
A- A+

Əlil arabasında əyləşən Şumaxer dağlara baxıb ağlayır

“Formula-1” yarışlarının almaniyalı əfsanəvi pilotu Mixael Şumaxer 2013-cü ildə başından aldığı ağır zədədən sonra müalicəsini davam etdirir. Britaniyada çıxan “The Mirror” qəzetində Şumaxerin səhhəti ilə bağlı xəbərlər dərc edilib. Yeddiqat dünya çempionunun qohumlarından birinin sözlərinə görə, Şumaxer emosiyalarını nümayiş etdirməklə bütün ailəni sevindirir.

“Kral yürüşləri”nin 49 yaşlı sabiq pilotunun ailəsi hazırda İsveçrənin Qland şəhərində, Cenevrə gölünə yaxın ərazidəki villada yaşayır.

Qəzet anonim mənbənin bu sözlərini sitat gətirir: “Biz onu əlil arabasına əyləşdirib dağlara və gölə açılan gözəl panoramı göstərəndə Mixael bəzən ağlayır”.

Şumaxerin keçmiş meneceri, vaxtilə gənc Mixaelin istedadına diqqət yetirərək onun yeddi dəfə çempion titulu qazanmasında mühüm rol oynamış Villa Venera bu yaxınlarda etiraf edib ki, artıq dostunun səhhətinin bərpa olunacağına ümid bəsləmir.

Veber “Bunte” jurnalına müsahibəsində deyib: “Mən uzun sürən matəmdən sonra Mixaeldən əlimi üzmüşəm. O mənim əziz və sədaqətli dostum olub. Birlikdə keçirdiyimiz 20 il mənim həyatımda ən yaxşı illər olub”.

Bu yaxınlarda KİV-lərdə belə bir məlumata yayıldı ki, Mixael Şumaxerin ailəsi İspaniyanın Mayorka şəhərində yerləşən, dəbdəbəli vaxtilə Madridin “Real” klubunun prezidenti Florentino Peresə məxsus olmuş malikanəyə köçməyə hazırlaşır. Lakin az sonra bu şayiələr təkzib edildi.

Xatırladaq ki, 2013-cü ildə Şumaxer Fransanın Meribel dağ-xizək kurortunda xizək sürərkən yıxılaraq başından ağır zədə alıb və yarım il koma vəziyyətində qalıb. O vaxtdan bəri onun ailəsi saysız-hesabsız şayiələr fonunda Mixaelin səhhəti ilə bağlı real vəziyyəti gizlədir və onun şəxsi həyatı ilə bağlı hüquqlarını pozmamağı xahiş edir. 2015-ci ilin baharında rəsmən yalnız bu məlumat elan edilib ki, Mixaelin “huşunun özünə qayıtması müşahidə olunur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video