Alternative content

14:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 24.08.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 28-də Xaçmaz şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Xaçmaz rayon Tarix-Diyarşünaslıq muzeyində saat 11:00-da keçiriləcək. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.