Alternative content

12:33 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlərin sayı, imtahan ballarının paylanması haqqında statistik göstəricilər
Ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlərin sayı, imtahan ballarının paylanması haqqında statistik göstəricilər
ANA SƏHİFƏ / Təhsil
12:08 24.08.2018

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələrinə əsasən, birinci ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayanların hamısı ali məktəblərə qəbul olunub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, ilk yerləşdirmədən sonra isə bu göstərici 540 bal idi. Əlavə yerləşdirmədən sonra bu ixtisas qrupu üzrə 410-419 bal intervalında olan yalnız bir abituriyent ali təhsil müəssisəsinə qəbul oluna bilməyib. 300 və daha yuxarı bal toplayan abituriyentlərdən ikisi tələbə adını qazana bilməyib. Ümumiyyətlə isə 200 və daha artıq bal toplayaraq müsabiqədə iştirak hüququ olanlardan (13169 nəfər) cəmi səkkizi ali təhsil müəssisələrinə qəbul oluna bilməyib. Qeyd edək ki, ilk yerləşdirmədən sonra belə abituriyentlərin sayı 93 idi.

İkinci ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 490 və daha yuxarı bal toplayanların, əlavə yerləşdirmədən sonra isə 420 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olunub. 400 bal və daha yuxarı toplayanlardan ikisi tələbə adını qazana bilməyib. Bu ixtisas qrupu üzrə 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul oluna bilməyən abituriyentlərin sayı 13-dür. İlk yerləşdirmədən sonra isə bu say 106 idi.

Üçüncü ixtisas qrupu üzrə 550 və daha yuxarı bal toplayanların hamısı tələbə adını qazanıb. Bu ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 500 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunmayanlar 21 nəfər idisə, ikinci yerləşdirmədən sonra bu göstərici altıya bərabərdir. 200 və daha yuxarı bal toplayaraq uğur əldə edə bilməyənlərin sayı 410-dur. İlk yerləşdirmədən sonra isə bu say 796 idi.

Dördüncü ixtisas qrupu üzrə yalnız 610 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olunub. 600-609 bal intervalında olan abituriyentlərdən beşi ali təhsil müəssisələrinə qəbul oluna bilməyib. İlkin yerləşdirmədən sonra isə belə abituiyentlərin sayı altı idi. 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul oluna bilməyən abituriyentlərin sayı isə 253-dür. Birinci mərhələdə bu göstərici 386 idi.

Ümumiyyətlə, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə boş qalan plan yerlərinə qəbul olunmaq üçün aparılan əlavə yerləşdirmədən sonra 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul oluna bilməyən abituriyentlərin sayı 684 olub. 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin sayı isə 38201 idi.

Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələrində qeydiyyatı aparılır. İlk mərhələdən qəbul olunanlar avqustun 28-dək (şənbə və bazar günləri daxil olmaqla), boş qalan plan yerlərinə qəbul olunanlar isə sentyabarın 3-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.