Alternative content

09:40 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Xətai rayonunda salınan idman-əyləncə park kompleksində yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Xətai rayonunda salınan idman-əyləncə park kompleksində yaradılan şəraitlə tanış olub
ANA SƏHİFƏ / Tədbirlər
10:08 24.08.2018

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Xətai rayonunda salınan idman-əyləncə park kompleksində yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, idman-əyləncə park kompleksi Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrini əhatə edən ərazidə salınıb.

Görülən işlərlə tanışlıq zamanı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan idman-əyləncə park kompleksi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, yeni park kompleksinin ümumi sahəsi 36833 kvadratmetrdir. Parkın salındığı ərazi geoloji araşdırmalar nəticəsində aşkar edilən neft və mərmər tozu tullantılarından təmizlənib, torpaq münbitləşdirilib, yaşıllıq zolağı salınıb, onlarla ağac və dekorativ kollar əkilib, müasir işıqlandırma sistemi və müşahidə kameraları quraşdırılıb. İdman-əyləncə park kompleksində təbii daşlardan və metaldan düzəldilən heykəllər landşaftla vəhdət təşkil edir. Buradakı heykəllər xüsusi dizayn və üslubu ilə fərqlənir. Parkda müxtəlif daş heykəllər, o cümlədən ürək formasında heykəllər və “Love” kompozisiyası quraşdırılıb. Park kompleksinin ərazisində örtülü şahmat pavilyonu da var. Bundan başqa, iki futbol meydançası, voleybol, həndbol və basketbol oyunları üçün universal idman meydançası və trenajor meydançası qurulub. Burada kafe də fəaliyyət göstərəcək.

Qeyd edildi ki, idman-əyləncə park kompleksi ilə 2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Sevirəm” parkını asfaltlanmış sahə, avtodayanacaqlar və müasir metal körpü birləşdirir.

Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeniləri yaradılır. Bu istirahət məkanlarında idmanın təbliğinə və vətəndaşlarımızın fiziki sağlamlığına xüsusi diqqət ayrılır. Bütün bunlar sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir.

Yeni parkların və istirahət məkanlarının yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirir. Bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi baxımından olduqca əhəmiyyətlidir. Müasir üslubda, orijinal dizaynda qurulan bu idman-əyləncə park kompleksinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha bir ünvan əlavə olundu. Belə layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və yüksək keyfiyyətlə yerinə yetirilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM