Alternative content

03:40 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ hökuməti BMT-nin büdcəsinə ödənişlərini azaldır
ABŞ hökuməti BMT-nin büdcəsinə ödənişlərini azaldır
ANA SƏHİFƏ / DÜNYA
07:08 24.08.2018

ABŞ bu il Birləşmiş Millətlər Təşkilatının maliyyələşdirilməsi üçün ödədiyi vəsaiti azaldacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsəslələri üzrə köməkçisi Con Bolton Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Cenevrədə keçirdiyi görüşdə deyib. TASS agentliyinin məlumatına görə, buna səbəb ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxmasıdır. Bolton bildirib ki, hazırda Amerika BMT-yə təşkilatın büdcəsinin 22 faizi qədər yatırım edir. “Biz bu yatırımın nə qədər hissəsinin həmin Şuraya xərcləndiyini hesablayıb həmin məbləği kəsəcəyik. Bununla da ABŞ-ın BMT-yə ödənişi 22 faizdən az olacaq”, - deyə o qeyd edib.

Amerika hesab edir ki, BMT-nin İnsan Haqları üzər Şurası qeyri-obyektivdir və hökumət rəsmiləri dəfələrlə bununla bağlı tənqidi çıxışlar ediblər.

Hazırda BMT-nin 2017 və 2018-ci illərdə büdcəsi 5,4 milyard dollar müəyyən edilib. Üzv dövlətlər (193 ölkə) öz gəlirləri çərçivəsində hər il təşkilata ödənişlər edir. Bu ödənişlər təşkilatın büdcəsinin maksimum 22 faizi qədər ola bilər. İndiyədək ən çox ödəniş edən ölkə isə ABŞ olub. Sonrakı iki yeri Yaponiya (9,6 faiz) və Çin tutur (7,9 faiz).