Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

12:39 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qarabağ” klubu avrokuboklarda növbəti oyununu keçirib
“Qarabağ” klubu avrokuboklarda növbəti oyununu keçirib
ANA SƏHİFƏ / İDMAN
11:08 23.08.2018

Avqustun 23-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk matçında səfərdə Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşma ağdamlıların üstünlüyü ilə keçsə də, meydan sahiblərinin futbolçusu Kapiçin səkkizinci dəqiqədə vurduğu qol oyunda yeganə olub 0:1.

Tiraspoldakı “Şerif” İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada “Qarabağ” klubunun start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Semyon Slavçev, Miçel, Mahir Mədətov, Rəşad Sadıqov, Filip Ozoviç, Djon Delarc, Bədəvi Hüseynov və Donald Gerye yer alıblar.

“Şerif”in isə ilk “on birliyində” isə meydana Serqey Paşenko, Jo Santos, Kristiano, Georqiy Anton, Vladimir Kovaçeviç, Ziqi Badibanqa, Mateo Suşiç, Yuriy Kendış, Rifet Kapiç, Viçeslav Posmak və Aleksander Boyçuk çıxıblar.

Xatırladaq ki, hər iki komanda mübarizəyə Çempionlar Liqasından başlayıb. “Şerif” II təsnifat mərhələsində Makedoniyanın “Şkendiya” klubuna iki oyunun nəticəsinə əsasən məğlub olub (0:0, 0:1).

“Qarabağ” klubu isə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə isə Albaniyanın “Kukesi” komandasını mübarizədən kənarlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarus) səddini keçə bilməyərək, UEFA Avropa Liqasında mübarizə aparmalı olublar.

Azərbaycan və Moldova çempionları ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəliblər. Həmin vaxt Bakıda qolsuz heç-heçə qeydə alındığı halda, Tiraspolda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Tiraspolda keçirilən oyunu avstriyalı hakimlər briqadası idarə edir. Matçın referisi Harald Lexnerdi. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək ediblər.

Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaine olub.

Xatırladaq ki, cavab qarşılaşması avqustun 30-da Bakıda keçiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM