Alternative content

19:55 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Vyetnamın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Vyetnamın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
10:08 23.08.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nqo Duk Manhın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Nqo Duk Manh fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Nqo Duk Manh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını qeyd etdi. Əlaqələrimizin zəngin ənənələrə malik olduğunu bildirən Prezident İlham Əliyev hələ sovetlər dövründə Vyetnamdan xeyli sayda tələbənin Azərbaycanda təhsil aldığını və özünün Vyetnama uğurlu səfəri zamanı həmin insanlarla görüşməsini məmnunluqla xatırladı. Dövlətimizin başçısı siyasi sahədə, beynəlxalq qurumlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyərək, iqtisadi-ticarət sahəsində də əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

Səfir Nqo Duk Manh Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqın salamlarını dövlətimizin başçısına çatdırdı. O, vaxtilə Azərbaycanda təhsil aldığını məmnunluqla qeyd edərək, Prezident İlham Əliyevin Vyetnama səfəri zamanı Azərbaycanın vyetnamlı məzunları ilə birlikdə dövlətimizin başçısı ilə keçirdikləri görüşün onlarda dərin təəssürat hissi doğurduğunu dedi. Səfir Azərbaycanda özünü evindəki kimi hiss etdiyini deyərək, Vyetnam Sosialist Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmasından şərəf hissi duyduğunu bildirdi və qeyd etdi ki, əlaqələrimizin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Vyetnam Prezidentinə çatdırmağı xahiş etdi.