Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:45 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cocuq Mərcanlıda Qurban bayramı münasibətilə tədbir təşkil edilib
Cocuq Mərcanlıda Qurban bayramı münasibətilə tədbir təşkil edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:08 23.08.2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tədbir keçirib.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib. Dövlət Komitəsinin Cəbrayıl Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi yad olunub.

“Mən bu gün burada bir daha əmin oldum ki, vətən torpağının azadlığı, işğaldan azad edilməsi uğrunda şəhid olmağa, şəhid verməyə dəyərmiş! Cocuq Mərcanlının bərpası, kənd əhalisinin yenidən doğma yurda qayıtması, burada qaynar həyatın başlanması qəhrəman şəhidlərimizin ruhuna hörmət və ehtiramın təcəssümüdür. Şəhidlərimizin qanı hesabına azad edilən hər qarış torpağımız bizim üçün müqəddəsdir! İnanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində doğma Qarabağımız tezliklə işğaldan azad ediləcək!” Bu sözləri Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc Qurban tədbirdə çıxışı zamanı deyib.

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəbrayıl rayon şöbəsinin sədri Səbuhi Hüseynov, Aprel döyüşlərinin şəhidi Ruhin Qəhrəmanovun atası Əşrəf Qəhrəmanov, Cocuq Mərcanlı sakini Oqtay Həziyev və başqaları çıxış edərək, dövlətimizin başçısının torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı siyasəti dəstəklədiklərini bildirib, müharibənin nəticələrindən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, məcburi köçkünlərin problemlərinin həlli, məşğulluğunun təmin edilməsi ilə bağlı məqsədyönlü tədbirlər uğurla icra edilir. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həlli prioritet məsələ kimi hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Cocuq Mərcanlının bərpası isə bu baxımdan xüsusi önəm kəsb edir.

Tədbirdən sonra kənd məscidində ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna dualar oxunub. Kənd sakinlərinə qurban payı, məktəblilərə hədiyyələr verilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM