Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:51 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25-ci ildönümü tamam olur
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25-ci ildönümü tamam olur
ANA SƏHİFƏ / SİYASƏT
09:08 23.08.2018

Avqustun 23-də Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25-ci ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə avqustun 23-də peşə bayramını qeyd edən Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ölkədə təhlükəsizliyin qorunmasına öz töhfələrini verirlər. Əsas vəzifələri Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin Azərbaycanda olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçib. Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradılması ilə başlayan bu yol, əslində milli dövlətçiliyimizin qorunması işinin mühüm töhfələri ilə yadda qalıb. 1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan mürəkkəb ictimai –siyasi vəziyyətlərdə belə mühafizə işinin yüksək peşəkarlıqla təşkil olunması Azərbaycanda bir sıra gərgin vəziyyətlərdən optimal çıxış yollarını sərgiləyib. Məhz o vaxtlar ölkəmizin müstəqilliyinin çətin sınaqlar qarşısında qaldığı bir dönəmdə Heydər Əliyevin yenilməz iradəsi Xüsusi Dövlət Mühafizə Xidmətinin işində də özünü göstərib. Xidmətin şəxsi heyəti Ulu Öndərin Azərbaycan naminə həyata keçirdiyi məqsədlərə yüksək sadiqlik nümayiş etdirirdi.

Odur ki, Ümummilli Liderin Azərbaycanın müəllifi olduğu neft-qaz kəmərlərinin də mühafizəsinin məhz bu quruma - öz peşəkarlığı ilə seçilən Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə etməsi heç də təsadüfi deyil. İndi bu işi qurumun tərkibindəki İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yerinə yetirir. Xüsusi Dövlət Mühafizə Xidməti Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz İxrac qaz boru kəmərlərinin Azərbaycandan keçən 443 kilometrlik hissəsinin mühafizəsini təşkil etməklə əslində əsrin layihəsinin qorunması işinə daha etibarlı və daha güvənli inam gətirib. Odur ki, ölkə iqtisadiyyatının strateji xətti olan bu kəmərin mühafizəsində heç bir problem olmayıb. Bakı-Supsa, Bakı-Novorossiysk ixrac neft kəmərlərinin Azərbaycandan keçən hissələrinin mühafizəsinin uğurlu təşkili də məhz bu qənaətə gəlməyə imkan verir.

Xüsusi Dövlət Mühafizə Xidməti dövlət orqanları üçün operativlik və təhlükəsizlik tələblərinə cavab verən “TETRA” rabitə sistemini yaradıb. Bu sistem ixrac neft və qaz boru kəmərləri boyunca genişləndirilib. Hazırda bir çox dövlət orqanlarının operativ radiorabitə əlaqəsi bu sistem üzərində qurulub. 2010-cu ilin martında Prezident İlham Əliyevin Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin İdarəetmə Mərkəzinin açılışında iştirak etməsi də bu qurumun işinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasına səbəb olub.

Mərkəzdə dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən “TETRA” radiorabitə sisteminin, “AzStateNet” optik DWDM şəbəkəsinin və mərkəzləşdirilmiş informasiya təminatı sisteminin avadanlığı yerləşdirilib. “TİA942” standartlarına cavab verən 2 DATA mərkəzi yaradılıb.

Xüsusi Dövlət Mühafizə Xidmətinin həyatında daha bir əlamətdar hadisə 2011-ci ildə bu qurumun Müalicə Diaqnostika Mərkəzinin istifadəyə verilməsi olub. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın açılışında iştirak etdikləri mərkəzin tikilib istifadəyə verilməsi həm Xüsusi Dövlət Mühafizə Xidmətinin, həm də Milli Qvardiyanın əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan biridir. Çünki əməkdaşların sağlamlığının qorunması, onların tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi məqsədi ilə inşa edilən bu mərkəzdə dünyanın ən müasir tibb avadanlığı quraşdırılıb.

Yüksək peşəkarlıq mühafizə işinin əsas xüsusiyyətidir. Bununla belə müasir elm və texnikadan istifadə etmədən bu işin təşkili çox çətindir. Prezident, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim Tədris Mərkəzi dünya standartlarına uyğun, müasir hərbi kompleks olmaqla, regionda özünün xüsusi özəllikləri ilə seçilir. Burada eyni vaxtda 280 zabit və gizirlə, 180 əsgərlə hərbi təlimlər keçirilir. Bu məqsədlə Təlim Tədris Mərkəzində 100 və 500 metrlik atəş meydançaları, regionda ilk dəfə inşa edilən İnteraktiv Atıcılıq Tiri yaradılıb. Bütün zəruri infrastrukturun yaradılması şəxsi heyətin hərbi tapşırıqları ən yüksək səviyyədə icra etməsinə imkan verən əsas amildir. Bu, həm də Azərbaycanın hərbi qüdrətinin bariz göstəricisidir. Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının yüksək peşəkarlığı xarici dövlət başçılarının da diqqətini cəlb edib.

Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu da keçib. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlər verib.

Beynəlxalq terrorizmin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkmilləşdirilməsi, müasir tələblərə cavab verən təlimlərin keçirilməsi, yüksək peşəkar kadrların hazırlanması əsas prinsiplərdəndir. Ölkəmizin ordu quruculuğuna töhfə verən Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək döyüş qabiliyyətinə malik heyəti də bu sırada fəallığı ilə diqqəti cəlb edir. Dövlətimizin başçısının tapşırıqlarını hər an yerinə yetirməyə qadir olan xidmətin şəxsi heyəti müstəqilliyi uca tutaraq dövlətçiliyin və xalqın seçdiyi Prezidentin etibarlı mühafizəsini özünün müqəddəs vəzifəsi hesab edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM