Alternative content

04:21 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ]Dövlət himayəsində yaşayan pensiyaçılar üçün bayram tədbiri
]Dövlət himayəsində yaşayan pensiyaçılar üçün bayram tədbiri
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:08 23.08.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bilgəhdə yerləşən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Qurban bayramı münasibətilə tədbir təşkil edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlik aparatının rəhbəri Anar Əliyev müəssisənin sakinlərini təbrik edib, onlara xoş arzularını çatdırıb. O, Prezident İlham Əliyevin sosial inkişaf kursunun uğurlarından biri kimi ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşdığını, o cümlədən dövlət himayəsində yaşayan insanların, habelə pensiya yaşına çatmış şəxslərin diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. Aparat rəhbəri bildirib ki, dövlət başçısının tapşırığı əsasında müəssisədə müasir tələblərə uyğun şərait yaradılıb, eyni zamanda, beşmərtəbəli 170 yerlik yeni korpus inşa olunaraq istifadəyə verilib.

A.Əliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizm təcəssümü olan təşəbbüs və layihələrinin dövlət himayəsində yaşayan insanları da əhatə etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Fondun dəstəyi ilə nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində də müasir tələblər səviyyəsində şərait yaradılıb. Fondun sosial əhəmiyyət kəsb edən layihələri, humanitar aksiyaları sosial cəhətdən həssas qruplara, o cümlədən dövlət himayəsində yaşayan insanlara qayğının artırılmasında mühüm rol oynayır.

Tədbirdə, həmçinin hazırda 220 nəfərin yaşadığı pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində sakinlərin rahat yaşayışı, mədəni istirahəti üçün hər cür şəraitin olduğu, onların təminatlarının yaxşılaşdırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi qeyd olunub.

Müəssisənin sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya, pensiya yaşına çatmış şəxslər üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbir incəsənət ustalarının ifasında musiqili proqramla davam edib.