Alternative content

21:28 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə daha bir təhlükəli terrorçu zərərsizləşdirilib
Türkiyədə daha bir təhlükəli terrorçu zərərsizləşdirilib
ANA SƏHİFƏ / DÜNYA
09:08 23.08.2018

Türkiyənin Gümüşhanə vilayətinin Kürtün rayonunda PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar zamanı iki terrorçu məhv edilib.

AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində zərərsizləşdirilən terrorçulardan birinin “Türk Tarık” ləqəbli Barış Önər olduğu bildirilir.

Barış Önər Türkiyənin təhlükəsizlik orqanları tərəfindən ən təhlükəli terrorçular üçün nəzərdə tutulan “qırmızı bülleten”lə axtarışda verilmişdi.