Alternative content

01:24 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gündüz saatlarında kütləsi beş tondan çox olan yük avtomobillərinin hərəkəti xüsusi icazə əsasında təşkil edilir
Gündüz saatlarında kütləsi beş tondan çox olan yük avtomobillərinin hərəkəti xüsusi icazə əsasında təşkil edilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
07:08 22.08.2018

Bakıda hərəkət iştirakçılarının təhlükəsizliyinin təminatı, avtomobil yollarında süni sıxlığın, ləngimələrin, tıxacların qarşısının alınması istiqamətində ardıcıl və sistemli tədbirlərin təşkili və icraya yönəldilməsi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin diqqət mərkəzindədir.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, paytaxt sakinləri, eləcə də ayrı-ayrı mətbu orqanlarda, sosial şəbəkələrdə yol hərəkətinin tənzimlənməsi, baş verə biləcək qəzaların qarşısının alınması, insanların həyat və sağlamlığının yol qəzalarından qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı müraciətlər idarə tərəfindən tədqiq olunur, müzakirəyə çıxarılan hallar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin müvafiq şöbələrində təhlil edilir. Daxil olan müraciətlər sırasında, xüsusilə yük avtomobillərinin paytaxt yollarında hərəkəti ilə bağlı qaldırılan məsələlər nəzərdən keçirilib.

Yük avtomobillərinin paytaxt yollarında hərəkəti müvafiq qərar və qərara edilən dəyişikliklər əsasında müəyyən olunub. İlk baxışdan yük avtomobillərinin hərəkəti ilə bağlı “irad”ları, subyektiv fikirləri mətbuatda, sosial şəbəkələrdə işıqlandırmamışdan əvvəl nəzərə almaq lazımdır ki, yük avtomobillərinin, o cümlədən xüsusi təyinatlı, qəza-bərpa və xilasedici, kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkətinə istisnasız olaraq icazə verilir.

Yük avtomobillərinin hərəkəti “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli qərarı əsasında, 2016-cı il 9 mart tarixli əlavə dəyişikliklərə uyğun təmin olunur. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən, maksimum kütləsi beş tondan çox olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılır. Gündüz saatlarında kütləsi beş tondan çox olan yük avtomobillərinin hərəkəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edilir.

Qeyd edilənləri nəzərə alaraq, hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda şəxsi maraqlarını yox, bütün cəmiyyətimiz üçün adi həyat norması olan qanunlara ehtiramla yanaşmalıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM