Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:50 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabiqlər Paşinyana qarşı birləşirlər
Sabiqlər Paşinyana qarşı birləşirlər
ANA SƏHİFƏ / SİYASƏT
12:08 22.08.2018

 

Ermənistanın eks-prezidenti Robert Koçaryanın ardınca sabiqlərdən biri - müdafiə naziri Seyran Ohanyanın da həbsinə hazırlıq görülməsi hökumət əleyhdarlarını hərəkətə gətirib. İstintaq orqanları artıq ona qarşı ittihamlar irəli sürüb. Ohanyan 2008-ci il martın 1-də Yerevanda keçirilmiş dinc nümayiş iştirakçılarının güllələnməsinin təşkilində təqsirləndirilir.

Xatırladaq ki, bu günlərdə azadlığa buraxılmış Koçaryan da eyni ittihamla həbs edilmişdi. Bu arada KİV rəsmi Moskvanın Nikol Paşinyanı cəzalandırmağa hazırlaşması barədə xəbərlər yayır. Paşinyanın hakimiyyətə gəlişinin 100 günü tamam olur. Baş nazir öz tərəfdarlarını avqustun 17-də Yerevandakı İnqilab meydanında keçiriləcək mitinqə çağırdı. O, xalq kütlələri ilə canlı təmas qurmaq, danışmaq qərarını bununla izah edib ki, əhali ilə mitinqlərdə görüşmək və Ermənistanın sonrakı taleyini onunla müzakirə etmək istəyir.
Avqustun 17-də Yerevanın Respublika meydanında Nikol Paşinyan baş nazir postunda olduğu 100 günə yekun vurması ilə bağlı nəzərdə tutulan mitinq keçirildi. N.Paşinyan orada xüsusi vurğuladı ki, bu mitinq heç kimə qarşı yönəlməyib, yalnız xalqın “məxməri inqilab”da qələbəsinin 100 gününün rəmzidir. O, bir daha iki il öncə aprel ayının əvvəllərində cəbhədə baş verənlərlə bağlı fikirlərə qayıdaraq günahkarların cəzalandırılacağını bildirdi. Baş nazir onu da açıq şəkildə bəyan etdi ki, hakimiyyətə gəlişi hələ hər şeyin artıq arxada qaldığı anlamını verməməlidir. O, hakimiyyətdə ciddi dəyişikliyin vacibliyini diqqətdən yayındırmadı. Dağlıq Qarabağla bağlı danışıqlara gəlincə, hər bir məsələni xalqa çatdıracağına and içdi: “Aprel hadisələrinin əsl səbəbkarı erməni xalqıdır, nə Qərb, nə də Şimaldır. Ermənistanda xalqın birbaşa hakimiyyəti bərqərar olub. Ermənistanda növbədənkənar seçkilər keçirilməlidir. Qüvvədə olan konstitusiyaya görə, istefa verməliyəm. Parlament də buraxılmalıdır və növbədənkənar parlament seçkiləri keçirilməlidir.
Belə vəziyyətdə bəzi qüvvələr düşünürlər ki, mən istefa verəndən sonra onlar gizlincə baş nazir seçəcəklər. Bu insanlar Ermənistanda nə baş verdiyini anlamırlar. Onlar bunu anlamadıqlarına görə də, biz konstitusiyaya düzəlişlər edəcəyik. Konstitusiyaya düzəlişlərin məğzi bundan ibarət olacaq: növbədənkənar parlament seçkilərinin vəzifədə olan baş nazir istefa vermədən keçirilməsi mümkündür”.
Baş nazirin sabiqlərini hədəfə alması səbəbsiz deyil. Paşinyan hakimiyyətdə olmasının 100 günü ilə əlaqədar keçirdiyi mitinqdə əvvəllər vəd etdiyi kimi, keçmiş baş nazir Serj Sərkisyanı, ümumiyyətlə, həmin klanı - sabiqləri ifşa etdi. İkinci məsələ Paşinyanın xaç atası olan eks-prezident Levon Ter-Petrosyanın bu il prezident seçilməsinə mane olan şəxslərin, o cümlədən Koçaryan və Ohanyanın həbs edilməsinə nail olmaqdır.
Siyasi analitiklərə görə, Ermənistanda cərəyan edən proseslərin Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa xeyri olmasa belə, təsiri qaçılmazdır. Artıq ermənilər də başa düşürlər ki, Rusiya da Ermənistanın nazı ilə oynamaqdan bezib. Münaqişənin beynəlxalq norma və prinsiplər çərçivəsində həlli üçün Azərbaycan tərəfi bütün təkliflərini ortaya qoyub. Artıq cavab verməli olan tərəf Ermənistan rəhbərliyi və onun havadarlarıdır.
Baş verənlər həm də onu deməyə əsas verir ki, Ermənistan rəhbərliyi daxildə müəyyən manevrlərlə Qarabağ danışıqlarını uzatmağa çalışır. Paşinyan danışıqlara hazır deyil və buna görə də ərazilərin işğaldan azad edilməsi üçün Azərbaycan tərəfindən başlana biləcək savaşın qarşısını almaqdan ötrü Rusiyanın ətəyindən möhkəm-möhkəm yapışıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğal olunmuş ərazilərin qaytarılması haqqında bütün beynəlxalq tədbirlərdə, keçirdiyi görüşlərdə bu mövzuda söylədiyi fikirlər Yerevanda təşviş yaradıb. Azərbaycan lideri münaqişənin yeganə həll yolunu göstərib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, o həllin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.
Azərbaycan tərəfinin münaqişənin həllinə münasibətdə birmənalı mövqeyi Ermənistan ictimaiyyətini ciddi narahat edir. Politoloq Stepan Safaryanın fikrincə, Ermənistan əraziləri qaytarmamaq üçün hər şeyi etməlidir: “Azərbaycan öz gücündən istifadə edərək təzyiq göstərir. Həmçinin ATƏT-in Minsk qrupu Bakının hazırkı mövqeyindən çıxış edir. Paşinyan Qarabağın danışıqlarda tərəf kimi iştirakını təklif etdi. Lakin Bakı öz ampluasında qalaraq bunu qəbul etmədi. Minsk qrupu da bu məsələ ilə bağlı qəti mövqe sərgiləmədi. Bu isə Ermənistanın mövqelərinin zəif olduğunu göstərir. Lakin biz ərazilərin qaytarılması ilə nəticələnən sülh prosesinə razılaşmamalıyıq”.
Safaryan Ermənistanın diqqətini daxili proseslərdən ayıraraq, Qarabağda müharibəyə hazırlaşmalı olduğunu da bildirib. Erməni hərbi eksperti Mqer Akobyan isə təmsil etdiyi dövlətin hərbi birləşmələrini silaha sarılmağa çağırıb: “Əsas vəzifəmiz Qarabağda əlverişli mövqelərdə cəbhə qurmaq və geri çəkilməməkdir: “barıtı quru saxlamalı” və lazım olarsa, hücuma keçməliyik”.
Lakin erməni eksperti məsələnin başqa tərəfinə də diqqət çəkib. Bu da Ermənistanın daxili problemləridir. Onun sözlərinə görə, Ermənistanda siyasi kataklizmlər Azərbaycanın xeyrinədir, Azərbaycan Prezidenti isə baş verənləri yaxşı bilir.
Keçmiş erməni kəşfiyyatçısı, “Sağ qalmaq sənəti” təşkilatının rəhbəri Vova Vardanovun sərsəm fikirləri fərqli və bir az da qıcıqlandırıcıdır: “Naxçıvan türklərin zəif yeridir. Naxçıvan həmişə bizim üçün girov olub, elə də qalacaq. Birinci kim zərbə vuracaqsa, qalib odur. Əgər biz axmaqlıq etmək istəmiriksə və intihara hazırlaşmırıqsa, birinci hücum etməli və Naxçıvanı götürməliyik”.
Göründüyü kimi, işğalçı ölkədə vəziyyət böhrana doğru gedir. Paşinyan parlament seçkilərindən öncə rəqiblərini sıradan çıxarmaq barədə düşünməkdə, ölkədə isə müxtəlif iddialar irəli sürülməkdədir. Ancaq bu ərəfədə Paşinyana qarşı olan qüvvələrin Robert Koçaryanın ətrafında birləşməyə cəhd göstərdiyi də müşahidə edilməkdədir. Ermənistan parlamentinin 45 deputatının Koçaryanın həbsdən azad olunması barədə müraciətə imza atması, eləcə də bir sıra qüvvələrin eks-prezidentin müdafiəsinə qalxıb onu həbsdən azad etməsi də işğalçı ölkədə siyasi vəziyyətin sabitləşməyəcəyindən soraq verir.
O da sirr deyil ki, həbs olunacağını bildiyi halda, Ermənistana qayıdan Sarkisyan hakimiyyətə dönmək üçün revanşa hazırlaşır. Bu planın arxasında isə “böyük qardaş”ın dayanması ilə bağlı söz-söhbətlər dolaşmaqdadır. Koçaryanın artıq azadlığa buraxılması “bu xəmirin hələ çox su aparacağı”na işarədir. Rusiya KTMT-nin baş katibi Xaçaturovun azadlığına nail olduğu kimi, Koçaryanın da həbsdən qurtulması “şimaldan əsən küləyin” “qasırğa” ilə əvəzlənməsini istisna etmir. Eks-prezidentlərin isə hakimiyyətə yenidən iddialı görünməsi dəfələrlə baş verib. Demək, Koçaryan da Ermənistanda hakimiyyət uğrunda mübarizəyə başlaya bilər. Bu prosesdə Sarkisyan, Ohanyan və digər cinayətkarların da ona hərtərəfli dəstək verəcəyi istisna deyil. Bununla, onlar həm də özlərini xilas etməyə çalışacaqlar.
Siyasi şərhçi Viqen Akopyan artıq bu planın anonsunu verib.
O, vəziyyətin kritikliyə doğru start götürdüyünü bildirib. Şərhçi hesab edir ki, mövcud durumda Respublikaçılar partiyası və “Daşnaksütyun” Koçaryanın ətrafında birləşə bilər.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM