22 Avqust 2018 12:08
93
CƏMİYYƏT
A- A+

Cocuq Mərcanlıda yay büsatı

 

Böyük Qayıdışın böyük başlanğıcı sayılan Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində iş başdan aşır. Azərbaycanın digər bölgələrində olduğu kimi, yenidən qurulan Cocuq Mərcanlıda da hər bir kəndlinin öz işi var.

İllərin yurd həsrətinin başa çatdığı Cocuq Mərcanlıda sakinlər əsasən kənd təsərrüfatı ilə məşğuldurlar. Kəndin  280 hektar torpaq sahəsi var. Hər kəs payına düşən əkin yerini becərməyə böyük həvəslə can atır. Torpağa bağlı sakinlər dövlət dəstəyindən həvəslənib bolluq yaradırlar və doğma Cocuq Mərcanlı böyük qayıdışın müjdəçisi olmaqla yanaşı, Vətənimizin bərəkətli diyarına çevrilir.

Quruculuq işləri bununla yekunlaşmır. Kənddə yeni-yeni infrastruktur layihələri həyata keçirilir. Görülən hər iş sakinlərin rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb. Burada taxılçılıq, arıçılıq, maldarlıq və digər sahələr inkişaf etməkdədir.

1994-cü ildən doğma kəndə dönüb orada yaşayan Həziyevlər ailəsi də öz arzularına çatıblar. Düz, 22 il kənddə qonum-qonşusuz həyat sürən bu ailə indi hər gün qonaq-qaralıdır. El-obaya, torpağa bütün varlığı ilə bağlı olan Oktay Həziyev indi öz həyət-bacasında arxayın hərlənir, qorxub-çəkinmədən təsərrüfat işləri ilə məşğul olur.  Bir zamanlar həyət-bacada düşmən gülləsindən gizlənə-gizlənə hərlənən övladları, indi çox rahat şəkildə bütün işlərdə valideynlərinə yardımçı olurlar.

Bu kənd indiki kimi təhlükəsiz olmayıb. Abadlığı, səliqə-sahmanı ilə göz oxşayan Cocuq Mərcanlıda sözün həqiqi mənasında, firavan həyat hökm sürür. Bütün bunlardan təkcə bu yerlərin sakinləri zövq almırlar. Cocuq Mərcanlının növrağına tamaşa etmək üçün buraya gələnlər buna şahidlik edirlər. 

Bir sözlə, kənddə hər kəs xoş ovqat, yüksək əhval-ruhiyyədədir, digər fəsillərdə olduğu kimi, yayda da Cocuq Mərcanlıda özgə bir büsat var.

 

R.BAXŞƏLİYEV,

F.BAĞIROV (foto),

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video