21 Avqust 2018 08:08
108
DÜNYA
A- A+

Ermənistanda hərbi qulluqçuların xidmətdən yayınmasının əsas səbəbi orduda zorakılıq hallarının artmasıdır

Ermənistanda hərbi qulluqçular xidmətdən yayınmaqda davam edirlər. İşğalçı ölkənin dörd hərbi qulluqçusu müalicə olunduqdan sonra hərbi xidmətə qayıtmaqdan imtina ediblər. Bununla bağlı cinayət işi açılıb.

Analitik-icmalçı Ehtiram Aşırlı bu barədə AZƏRTAC-a açıqlamasında bildirib ki, avqustun 18-də Ermənistan Müdafiə Nazirliyinin mərkəzi hərbi xəstəxanasında dörd əsgərin uzunmüddətli müalicə aldığı qeyd olunub. Müalicələri sona çatdırılmadığı üçün sağlamlıqlarını tam bərpa edə bilməyən hərbçilər xidmət yerinə getməkdən boyun qaçırıblar.

Müdafiə Nazirliyinin məlumatına görə, nazir müavini Cəbrayıl Balayan, Ermənistan Müdafiə Nazirliyinin hərbi polis şöbəsinin rəisi, polkovnik Aleksandr Avetisyan və digər rəsmi şəxslər məsələni aydınlaşdırmaq üçün hərbi xəstəxanada olublar. Aparılan izahat işinin nəticəsində Hovannisyan və A.Avoyan hərbi hissəyə qayıtmaq və xidməti davam etdirməyə hazır olduqlarını bildiriblər. Müdafiə Nazirliyinin hərbi polis şöbəsinin əməkdaşları ilə birlikdə Kirakosyan və Qukasyan Ermənistan Müdafiə Nazirliyinin “N” hərbi hissəsinə köçürülüblər. Lakin xidməti yerlərinə qayıtmaq istəməyən əsgərlərlə bağlı cinayət işləri başlanıb və araşdırma aparılır.

E.Aşırlı deyib ki, işğalçı ölkənin müdafiə naziri dəyişəndən sonra da orduda hərbi xidmətdən yayınma, fərarilik hallarında azalma əvəzinə, əksinə, artma müşahidə olunur. Bu, o deməkdir ki, David Tonoyanın sözlərinə baxmayaraq, Ermənistan ordusunun əsgərləri psixoloji cəhətdən hərbi xidmətə hazır deyillər. Ermənistan ordusunda hərbi xidmətdən yayınma hallarının artması təsadüfi deyil. Orduda təcavüzkarlıq, zorakılıq və homoseksuallıq hallarının yayılması bunun başlıca səbəbidir. İşğalçı ölkənin ordusundakı hərbi qulluqçular arasında psixi problemləri olan əsgərlər çoxdur. Belə getsə bir müddət sonra D.Tonoyan orduda xidmət etməyə adam tapmayacaq və özü təkbaşına xidmət edəcək, Ermənistan ordusu isə ruhi dispanser kimi fəaliyyət göstərəcək. Bu vəziyyətdə D.Tonoyanın psixi problemləri olan hərbi qulluqçularına “dəlilik kağızı” yazmaqdan başqa işi olmayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video