21 Avqust 2018 08:08
93
SİYASƏT
A- A+

Ermənistan hökuməti söz azadlığını məhdudlaşdıran addım atıb

Ermənistan Nazirlər Kabineti dövlət məmurlarının müsahibə və şərhlərinin, KİV-lərin məlumatlarının hökumətin rəsmi siyasətinə uyğun olmasına dair sərəncam hazırlayıb.

AZƏRTAC “Sputnik” agentliyinə istinadla xəbər verir ki, ölkənin baş nazirinin aparatından hökumət strukturlarına mətbuatla işin nizama salınmasına dair verilən təlimat KİV-lər və sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub. Belə ki, aparat rəhbəri Eduard Ağacanyanın imzaladığı sərəncama əsasən, hökumət üzvlərinin və idarə rəhbərlərinin mətbuata bütün açıqlama, müsahibə və şərhləri “hökumətin proqramı və strateji istiqamətləri ilə üst-üstə düşməlidir”.

Bu sərəncamdan sonra baş nazir Nikol Paşinyanın ünvanına söz azadlığının məhdudlaşdırılması ittihamları səslənməyə başlayıb. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan bildirib ki, baş nazirin aparat rəhbəri söz və mətbuat azadlığını məhdudlaşdırmaqla yanaşı, KİV-lərin operativliyinə və sərbəst ifadə azadlığına zərbə vurur. Baş nazirin mətbuat katibi Arman Yeqoyan onunla razılaşmayaraq bildirib ki, yeni qaydaların məqsədi hökumətin mətbuatla əlaqələrini nizama salmaqdan ibarətdir.

Ermənistanda əvvəllər də dövlət məmurlarının mətbuata bəyanatları ilə bağlı qaydaların sərtləşdirilməsi cəhdləri olub, lakin ilk dəfədir ki, bu addım hökumət sərəncamı ilə rəsmiləşdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video