Alternative content

08:21 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerləri üzrə müsabiqəyə sənəd qəbulu elan edir
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerləri üzrə müsabiqəyə sənəd qəbulu elan edir
ANA SƏHİFƏ / Təhsil
05:08 21.08.2018

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerləri üzrə müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulunu elan edir:

 

Tədris-metodiki şöbənin müdiri (1 yer).

Dekan (filologiya fakültəsi, 1 yer).

Dekan (kimya fakültəsi, 1 yer).

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

• şəxsiyyəti təsdiq edən sənədin surəti;

• CV;

• ali təhsil haqqında sənədin surəti;

• elmi dərəcəsi və elmi adı təsdiq edən sənədin surəti.

 

Müsabiqədə iştirak etmək istəyənlər sənədləri 2018-ci il sentyabrın 10-u saat 17:00-dək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.