Alternative content

08:14 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə ABŞ-dan DTT-yə şikayət etdi
Türkiyə ABŞ-dan DTT-yə şikayət etdi
ANA SƏHİFƏ / DÜNYA
05:08 21.08.2018

ABŞ-ın Türkiyədən idxal etdiyi alüminium və polada gömrük rüsumunu iki dəfə artırması ilə əlaqədar Ankara Dünya Ticarət Təşkilatına (DTT) şikayət etmişdir. Türkiyə DTT-dən məsələ ilə əlaqədar ABŞ-la məsləhətləşmələr keçirməyi xahiş etmişdir.

Ankaranın DTT-yə müraciətində vurğulanır ki, ABŞ-ın atdığı addım DTT-nin müddəalarına və 1994-cü il tarixli Tariflər və Ticarət haqqında Baş Sazişə uyğun deyil. Türkiyə DTT platformasında milli istehsalçıların hüquqlarını müdafiə etmək üçün bütün zəruri tədbirləri görəcək.

Şikayət daxil olduqdan sonra DTT iki tərəf arasında mübahisəni araşdırmağa başlayacaq. Tərəflər 60 gün ərzində məsələnin həlli yolunu tapa bilməsə, şikayətçi DTT-dən öz qərarını çıxarmağı xahiş edə bilər.

Qeyd edək ki, ABŞ-dan DTT-yə şikayət edən təkcə Türkiyə deyil. Bir müddət əvvəl Çin, Hindistan, İsveçrə, Norveç, Kanada, Rusiya, Meksika və Avropa İttifaqı da DTT-yə oxşar məzmunlu ərizə ilə müraciət etmişdir.