Alternative content

22:37 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Taliban” 160 girovu azadlığa buraxdı
“Taliban” 160 girovu azadlığa buraxdı
ANA SƏHİFƏ / DÜNYA
05:08 21.08.2018

Əfqanıstan hakimiyyət orqanları bəyan etmişdir ki, hökumət qoşunları “Taliban” radikal hərəkatının üç avtobusun sərnişinlərindən girov götürdüyü 160 dinc sakinin azadlığa buraxılmasına nail olmuşdur. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Bununla belə, Əfqanıstan təhlükəsizlik qüvvələrinin 20 əməkdaşı hələ də taliblərin əsirliyində qalır.

Xatırladaq ki, srağagün “Taliban”ın silahlıları ölkənin şimalında, Kunduz əyalətində üç sərnişin avtobusunu ələ keçirmişdi. Sərnişinlər girov götürüldükdən sonra taliblərin nümayəndəsi bildirmişdi ki, silahlılar avtobuslardakı dinc sakinləri buraxmaq, sərnişinlərin arasındakı hərbçiləri isə əsir saxlamaq niyyətində idilər.