Alternative content

23:00 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Myanmada 20 mindən çox müsəlman öldürülüb
Myanmada 20 mindən çox müsəlman öldürülüb
ANA SƏHİFƏ / DÜNYA
05:08 21.08.2018

Ötən ilin avqustundan bəri Myanmanın Arakan ştatında hərbçilərin hücumları nəticəsində 24 min müsəlman həlak olmuşdur. Bu barədə mənzil-qərargahı Kanadanın Ontario şəhərində yerləşən Beynəlxalq İnkişaf Agentliyinin məruzəsində məlumat verilmişdir.

Sənəddə deyilir ki, 40 min nəfərdən çox adam güllə yarası almış, 114 min nəfər döyülmüşdür. Myanmalı hərbçilər müsəlmanların 115 min evini yandırmış, 113 min tikiliyə ziyan vurmuşlar.

Arakan müsəlmanlarına hücumlar “silahlı ekstremistlərlə mübarizə” bəhanəsi ilə həyata keçirilir. Ştatda humanitar vəziyyət kəskin şəkildə pisləşmişdir. Banqladeşə qaçmış Arakan sakinlərinin sayı 700 min nəfəri ötmüşdür.