Alternative content

22:28 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək
Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
04:08 21.08.2018

Oktyabrın 5-7-də Bakıda Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seçim mərhələsinin qalibi Dünya Robot Olimpiadasının noyabrın 16-18-də Tailandda keçiriləcək final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanacaq. Seçim yarışında 30-dan artıq təhsil müəssisəsindən 70-dək komandanın mübarizə aparacağı gözlənilir. Yarışlarda iştirak etmək istəyən gənclər wro-azerbaijan.az saytında müvafiq anketi dolduraraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat müddəti sentyabrın 22-də başa çatacaq.

Dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif ölkələrdə fərqli mövzular üzrə keçirilir. İlk dəfə Sinqapurda keçirilən olimpiadaya 12 ölkə qatılsa da, iştirakçı ölkələrin sayı artıq 70-i keçib.

Azərbaycanda gənclərin elmi-texniki biliklərinin inkişaf etdirilməsinə göstərilən xüsusi diqqət nəticəsində ötən il oktyabrın 7-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Dünya Robot Olimpiadasının Azərbaycan üzrə ilk seçim yarışı keçirilib. Həmin yarışda 8 təhsil müəssisəsindən 22 komanda iştirak edib. Yarışda müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar Dünya Robot Olimpiadasının noyabrın 10-12-də Kosta-Rikada keçirilən final mərhələsində iştirak hüququ əldə edib. Beləliklə, Azərbaycan ilk dəfə Dünya Robot Olimpiadasının finalında təmsil olunub. Olimpiadada ilk dəfə təmsil edilməsinə baxmayaraq, Azərbaycan 71 ölkə arasında 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.