Alternative content

15:35 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
04:08 21.08.2018

Avqustun 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament müdirləri görüşdə iştirak ediblər.

Görüşdə məcburi köçkünlərin mənzil-məişət, kommunal, status, işəgötürmə ilə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənilib, onlara geniş izahat verilib.

Qeyd olunub ki, qəzalı binalarda yaşayan məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir. Bu günə qədər onlar üçün 98 qəsəbə salınıb. Prezident İlham Əliyev hər zaman bu kateqoriyadan olan vətəndaşlarımızın problemlərinə xüsusi diqqət və qayğı göstərir. Birinci vitse-prezident Mehriban Əliyeva ən qəzalı və ən ağır şəraitdə yaşayan məcburi köçkünlərlə əlaqədar aparılan işin sürətləndirilməsi üçün tapşırıqlar verib. Görülən bütün işlər məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu və prioritet təşkil etdiyini göstərir.

Görüşdə iştirak edən məcburi köçkünlərin ərizələri aidiyyəti şöbələrin nümayəndələri tərəfindən qeydə alınıb.

Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılması və qanuna uyğun tədbirlər görülməsi üçün göstəriş verib.