Alternative content

12:57 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Karbohidratlar insan ömrünü uzadır
Karbohidratlar insan ömrünü uzadır
ANA SƏHİFƏ / Səhiyyə
04:08 21.08.2018

Amerikalı alimlər insan ömrünün uzun olması üçün onun qida rasionunda zəruri karbohidratların miqdarını hesablayıblar. RİA Novosti agentliyi bildirir ki, bu araşdırmanın icraçıları səkkiz tədqiqatın gedişində Avropa, Şimali Amerika və Asiyanın 20 ölkəsindən 432.179 insan barədə məlumatları araşdırıblar.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu tədqiqatlarda insanın cinsi, yaşı, zərərli vərdişləri, tutulduğu xəstəliklər və qida rasionunda məhsulların nisbi payları nəzərə alınıb. Təhlil nəticəsində məlum olub ki, qidasının orta hesabla 50 faizi karbohidratlardan olan insanlar daha uzunömürlü olur. Qida rasionunda karbohidratların nisbi payı 70 faizdən çox və ya 40 faizdən az olan insanların isə dünyasını tez dəyişməsi ehtimalı daha böyükdür.

Məsələn, 50 yaşa çatmış insanların qida rasionunda karbohidratların nisbi payı 50 faiz olduqda onların orta hesabla daha 33,1 il yaşamaq şansı var. Qida rasionunda karbohidratların nisbi payı 30 faizdən az olduqda isə həmin rəqəm 29,1 ilə bərabərdir. Ümumiyyətlə karbohidratlardan istifadə etməyən və onları heyvan mənşəli piylər və zülallarla (mal əti, donuz əti, toyuq, pendir) əvəz edənlər ömürlərini qısaltmağa risk edirlər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM