21 Avqust 2018 12:08
128
DÜNYA
A- A+

Kosmik səyahətlər üçün yaşayış kapsulu təqdim edilib

ABŞ-ın “Lockheed Martin” hərbi sənaye korporasiyası kosmik ekspedisiyalar üçün yaşayış kapsulunun prototipini təqdim edib.

AZƏRTAC “Naukatv” resursuna istinadla xəbər verir ki, “Lockheed Martin” kosmosda yaşayış şəraitinin yaradılması üçün ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən maliyyələşdirilən 6 şirkətdən biridir. Texnologiyanın əsası üçün mühəndislər tərəfindən əvvəllər Beynəlxalq Kosmik Stansiyasına yüklərin daşınması üçün nəzərdə tutulan kosmik gəminin yenilənmiş modulu götürülüb. Eni 4,5 metr, uzunluğu 7 metr təşkil edən kapsulda 30-60 gün ərzində 4 astronavt qala biləcək. Həmçinin daxildə elmi avadanlıq, həyat təminatı sistemləri, yatmaq üçün yerlər, trenajorlar və robotlaşdırılmış iş qurğuları quraşdırılıb.

Tədqiqatçılar qrupu kapsulların daxili quruluşunu vizuallaşdırmağa kömək edən və planlaşdırma səhvlərini ilkin mərhələdə aşkarlayaraq aradan qaldırmağa imkan verən əlavə reallıq qarniturlarından istifadə edib.

Kapsulun hazır versiyası 2019-cu ilə nəzərdə tutulan Ay orbital platforma şlüzunun buraxılışı zamanı sınaqdan keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video