Alternative content

04:21 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Taliban” döyüşçüləri 160 girovu azadlığa buraxıb
“Taliban” döyüşçüləri 160 girovu azadlığa buraxıb
ANA SƏHİFƏ / DÜNYA
12:08 21.08.2018

Əfqanıstan hökumətinin məlumatına əsasən, ölkənin təhlükəsizlik qüvvələri “Taliban” hərəkatı döyüşçülərinin girov götürdüyü 3 avtobusun sərnişinlərindən ibarət 160 dinc sakinin azad edilməsinə nail olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bununla yanaşı, Əfqanıstanın ordusunun 20 əməkdaşı taliblərin əsirliyində qalıb.

Xatırladaq ki, avqustun 20-də silahlılar Əfqanıstanın şimalinda, Qunduz əyalətinin Xan Abad rayonunda 3 avtobusu ələ keçirmişdi. Hadisənin ardından “Taliban” hərəkatının nümayəndələri avtobusdakı dinc sakinlərin azad ediləcəyini, sərnişinlərin arasında olan hərbçilərin isə əsir saxlanılacağını bildirmişdi.