Alternative content

13:01 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir
Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir
ANA SƏHİFƏ / Elm və texnika
12:08 21.08.2018

Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda 13 məktəbdə əsaslı təmir işləri aparılır, bir məktəbin binası, bir məktəbin isə qəzalı vəziyyətdə olan korpusu sökülərək yenidən tikilir.

Bundan əlavə, ehtiyac olan ərazilərdə iki yeni məktəbin inşası davam edir. Həmçinin bir məktəb üçün 1.416 şagird yerlik yeni binanın tikintisi və beş məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri aparılır.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir. Bu işlər şagirdlərin təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM