21 Avqust 2018 11:08
79
CƏMİYYƏT
A- A+

Plastik tullantıların çeşidlənməsi məqsədilə respublikanın yeddi şəhər və rayonunda konteynerlər yerləşdirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları bərk məişət tullantılarının, o cümlədən plastik tullantıların düzgün idarə olunmasını yoxlamaq məqsədilə reydlər keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reydlər zamanı Lənkəran şəhərinin Xəzər sahili ərazisindəki obyektlərin fəaliyyəti zamanı yaranan məişət tullantılarının qalaqlanması və plastik qabların toplanaraq yandırılması faktlarına qarşı altı protokol tərtib olunub. Bununla yanaşı, məişət tullantılarının qalaqlanaraq yandırılması faktlarına Salyan rayonunun Çuxanlı, Neftçala rayonunun Kürqarabucaq kəndləri ərazisində və Beyləqan rayonunun 20 yanvar küçəsi yaxınlığında rast gəlinib. Aşkarlanmış qanun pozuntularına görə müvafiq olaraq üç və bir protokol tərtib edilib. Həmçinin Balakən, Zaqatala, Qax və Şəki rayonlarının ərazisində plastik qabların qalaqlanaraq yandırılması faktlarına görə tərtib edilən protokolların sayı 5-ə bərabərdir.

Qeyd edək ki, plastik tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması məqsədilə nazirliyin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində, ümumilikdə, yeddi şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 20 konteyner yerləşdirilib. ETSN ilə yanaşı rayon icra hakimiyyətləri və “AzEkol” Məhdud Məsuliyyətli Cəmiyyətin dəstəyi ilə yaxın günlərdə digər rayon mərkəzlərində 20 konteynerin yerləşdirilməsi nəzərdə tutulub.

ETSN bir neçə rayon icra hakimiyyətləri tərəfindən də konteynerlərin yerləşdirilməsi ilə bağlı nazirliyə edilən müraciətləri təqdirəlayiq hal kimi qiymətləndirir. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin müraciəti əsasında rayonun Heydər Əliyev Parkı ərazisində bir ədəd konteyner yerləşdirilib.

Nazirlik plastik tullantıların idarə edilməsi ilə bağlı müvafiq qurumları üzərlərinə düşən vəzifələri yerinə yetirməyə, əhalini isə plastik tullantılardan istifadənin tədricən azaldılmasına və çeşidlənməsinə dəstək olmağa, eyni zamanda, hər kəsi bu işdə öz töhfəsini verməyə çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video