Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

04:12 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kapital qoyuluşunda hədəf iqtisadiyyatın şaxələndirilməsidir
Kapital qoyuluşunda hədəf iqtisadiyyatın şaxələndirilməsidir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 21.08.2018

 

Sərmayə yönəldilərkən bu, əsas sayılır

 

Ölkəmizin dinamik inkişafına təkan verən əsas amillərdən biri də onun kapitallaşmasıdır. Bu zaman diqqət sərmayə qoyuluşunda bütün sahələrin əhatə edilməsinə yönəldilir.
Son zamanlar iqtisadi dinamikanın artımına nəzər saldıqda görürük ki, qeyri-neft sektorunda hər bir sahədə artım var. Səbəb istehsal, xidmət və sosial sahələrə dövlət tərəfindən paralel şəkildə kapital qoyuluşunun həyata keçirilməsidir. Sözsüz ki, bu sahədə istehsal müəssisələrinin yaradılmasına üstünlük verilir. Məqsəd daxili istehsalın artımına nail olmaqdır. Çünki ölkənin inkişaf parametrlərindən biri daxili istehsalın idxaldan üstün olmasıdır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna kapital qoyuluşunun əhəmiyyətini qeyd edərək demişdir: “İnvestisiya təşviqi mexanizmi işə düşüb, bunun çox böyük əhəmiyyəti var. Təsəvvür edin, əgər biz bu sistemi tətbiq etməsəydik, 2,5 milyard manat sərmayə özəl sektor tərəfindən qeyri-neft sektoruna qoyulmazdı. Məhz investisiya təşviqi sənədinin işə düşməsi nəticəsində 2,5 milyard manat dəyərində olan layihələr icra edilir. Bu, vaxtında atılmış addım idi, öz səmərəsini verir... Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onlardan 2,6 milyard dolları artıq qoyulub”.
Dövlət başçısı həmçinin kapital qoyuluşu və aparılan uğurlu islahatlar nəticəsində ilin əvvəlindən ölkəmizdə ümumi daxili məhsulun 3,1, qeyri-neft sektorunun 2, sənaye istehsalının 1, qeyri-neft sənayesinin 8,8 faiz artdığını bildirdi. Heç kəsə sirr deyil ki, hazırda dünya iqtisadiyyatında çalxalanma baş verir.

Siyasi fikir ayrılıqlarından doğan bu gərginlik dünya mətbuatında və müxtəlif ölkə liderlərinin bəyanatlarından tarixə “ticarət müharibəsi”, “iqtisadi müharibə” kimi daxil oldu. Belə çətin bir dövrdə Azərbaycanın nailiyyətlər əldə etməsi təqdirəlayiqdir. Bu gərginlikdən dünyanın inkişaf etmiş ölkələri milyardlarla dollar vəsait itirir, iqtisadi inkişaf tempi aşağı düşür, milli valyutaların dəyəri azalır.
Qeyri-neft sektorunun kapitallaşması üçün sahibkarların güzəştli şərtlərlə maliyyə resurslarına çıxışı təmin edilir. Bu məqsədlə layihələrinin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Müsbət nəticə isə belədir: qeyri-neft sektorunda 2, qeyri-neft sənayesində 8,8 faiz artım qeydə alınıb.
Cari ildə də infrastruktur layihələrinin icrası uğurla davam edir. İlin birinci yarısında nəqliyyat və energetika sahələrində də önəmli hadisələr baş verib. Belə ki, bu ilin may ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. Bu iki nəhəng layihənin icrası Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi əhəmiyyətini daha da artıracaq ki, bu da ölkəmizə maliyyə və siyasi dividendlər qazandıracaq.
Neft sektorunda da uğurlu layihələrin icrası davam edir. Xarici tərəfdaşlarla birlikdə region və dünya üçün əhəmiyyətli layihələr icra olunur. May ayında “Cənub qaz dəhlizi”nin, iyun ayında isə TANAP-ın rəsmi açılış mərasimləri keçirilib. Bununla “Cənub qaz dəhlizi”nin 4 layihəsindən 3-ü artıq reallaşıb - “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP layihəsi. Dördüncü layihə - TAP qrafiki üzrə icra edilir. Həmin layihələrin icrası Avropanın enerji təhlükəsizliyinin təminatına töhfə verməklə yanaşı, ölkəmizin siyasi nüfuzunu da artırır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilib. Bu dövrdə qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 19, qeyri-neft sənayesinə qoyulan investisiyalar 65,5 faiz artıb. Hesabat dövründə istifadə olunan vəsaitin 71,1 faizi məhsul istehsalı, 21,1 faizi xidmət sahələri obyektlərinin, 7,8 faizi ümumi sahəsi 1097,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Bu rəqəmlərdən aydın görünür ki, dövlət qeyri-neft sektoruna daha çox investisiya yönəldilməsinə maraqlıdır.
Ölkədə sahibkarlığın inkişafı onun investisiya qoyuluşundakı aktivliyini də təmin edir. Belə ki, hesabat dövründə ümumi sərmayənin 50,1 faizi dövlət, 49,9 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən yatırılıb. Yerli sahibkarların qeyri-neft sektoruna sərmayə yatırmağa maraq göstərməsi təsadüfi deyil. Ona görə ki, dövlət qeyri-neft sektoruna sərmayə qoyuluşu üçün müxtəlif güzəştlər tətbiq edib.
Əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 3937,9 milyon, bank kreditləri 1023,8 milyon, büdcə vəsaitləri 1857,2 milyon, büdcədənkənar fondların vəsaitləri 114,5 milyon, əhalinin şəxsi vəsaitləri 470,9 milyon manat və s. vəsaitlər 53 milyon manat təşkil edir.
Azərbaycanda olan münbit investisiya mühiti həmişə xarici sərmayədarları özünə cəlb edir. Bunun nəticəsidir ki, dünyada gedən ciddi iqtisadi qarşıdurmalara baxmayaraq, ölkəmizə kapital qoyuluşu davam edir. Cari ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3234,7 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 2578,9 milyon manatı Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.
2018-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı Yüksəkgərginlikli Avadanlıqlar Zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası istifadəyə verilmişdir. Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” hoteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan Şəhər Mərkəzi Xəstəxanası, Goranboyda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” elektrik yarımstansiyası da bu il istismara daxil olmuşdur. İlin ötən dövründə eləcə də Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmazda “Azərxalça” ASC-nin filialı, Neftçala Sənaye Məhəlləsində “Xəzər” Avtomobil Zavodu, Naxçıvan Muxtar Respublikasında bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi, 922 şagirdlik 3, Bakı və Şəki şəhərlərində, Abşeron, Balakən, Şamaxı rayonlarında 5816 şagirdlik 5 ümumtəhsil məktəb binası və obyektlər istifadəyə verilmişdir.

Rüstəm KAMAL,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM