Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

09:51 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnam varsa, qələbə mütləq olacaq
İnam varsa, qələbə mütləq olacaq
ANA SƏHİFƏ / SİYASƏT
12:08 21.08.2018

 

İşğal tariximizin daha bir günü - 23 avqust 1993-cü il. Həmin gün Qarabağın böyük rayonlarından olan Cəbrayıl və Füzuli erməni quldur dəstələri tərəfindən işğal edildi. İtirilən rayonlarımızın, kəndlərimizin sırasına daha ikisi əlavə olundu. Daha neçə min soydaşımız ev-eşiyindən, yurdundan didərgin düşərək müharibənin acı fəsadlarını yaşadı. 

Suyu bol, torpağı münbit, havası saf, təbii sərvətlərlə zəngin olan, Qarabağ dağ silsiləsinin cənub ətəklərindən Araz çayına qədər düzənlik sahələri əhatə edən, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə qonşu olan Füzulinin tarixi çox qədimlərə gedib çıxır. Füzulidən danışarkən təkcə bir faktı demək kifayətdir: yalnız Azərbaycanın deyil, dünyanın ən qədim tarixə malik abidələrindən biri - Azıx mağarası Füzuli rayonu ərazisindədir. Azıx mağarası indinin özündə də analoqu olmayan ilk insan məskəni kimi bəşər sivilizasiyasını heyrətləndirməkdədir.
Hələ 1827-ci ildən bu bölgə Qarabulaq adı ilə tanınıb. 1930-cu ildə sovet hakimiyyəti bir sıra yaşayış məntəqələrimizin adını dəyişdirdiyi vaxt Qarabulağı da “unutmadı”. Bu dəfə onun adı Qaryagin rayonu oldu. Bu qondarma adı Qarabağın bu müqəddəs torpaqları 1959-cu ilə qədər daşımalı oldu. İndiki adı isə böyük söz ustadı, Azərbaycan poeziyasının korifeyi Məhəmməd Füzuli ilə bağlıdır. Məhz M.Füzulinin anadan olmasının 400 illiyi şərəfinə onun adı dəyişdirilərək Füzuli rayonu adlandırıldı.
Rayon ərazisindəki Qaraköpəktəpə, Qarabulaq, Günəştəpə kurqanlarında, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar bir daha təsdiqlədi ki, bu yerlər Azərbaycanın ulu, qədim tarixini öz sinəsində qoruyub saxlayan və dərin köklərə malik bir ərazidir.
Rayonda iki şəhər, 75 kənd və digər yaşayış məntəqələri var. Bu yerlərdən axan Qusarçay, Köndələnçay, Qozluçay, Çərəkan çayı Araza tökülür.
İşğala qədər, yəni 23 avqust 1993-cü ilədək rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi. Ümumilikdə 190 mədəni-maarif müəssisəsi, 94 kənd və qəsəbə, 40-dan çox tarixi abidə işğala məruz qalıb. Ümumi sahəsi 139 393 hektar olan rayonun qərbindəki 50 kənd - 125 368 hektar ərazisi ermənilərin işğalı altındadır.
Araşdırmalara görə, Füzuli rayonunda ümumi ehtiyatları 58 858 min kubmetr mişardaşı istehsalına yararlı iki - Dövlətyarlı və Dilağar əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11 211 min kubmetr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13 053 min kubmetr olan Quruçay qum-cınqıl qarışığı yataqları var.
Vaxtilə məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi torpaq sahələri olan rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.
Xalqın israrlı tələbi ilə ulu öndər Heydər Əliyevin o ağır günlərdə yenidən Azərbaycan hakimiyyətinə gəlməsi hər yerdə olduğu kimi, orduda da qeyri-adi bir canlanma yaratdı. Əsgərlər “Heydər Əliyev uğrunda” şüarları səsləndirib qanlı döyüşlərə atılır, gözlərini belə qırpmadan ölümün üstünə gedirdilər. 1993-cü ildə keçirilən Horadiz əməliyyatı zamanı düşmənə ağır zərbə vuruldu. Bu uğurlu əməliyyat nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. Təsəvvürə sığmayan belə fədakarlıqların nəticəsi olaraq düşmən caynağından xeyli ərazi qoparıldı.
Hazırda rayonun işğaldan azad olunmuş ərazilərində 17 qəsəbə salınıb. Doğma ev-eşiyindən, isti yuvasından perik salınmış Füzulidən olan məcburi köçkün ailələri hər cür rahatlığı olan geniş, işıqlı və rahat evlərdə yaşayırlar. İşğaldan sonrakı illər ərzində dövlət Füzuli əhalisinin həyat səviyyəsini yüksəltmək, məişət rahatlığını, faydalı məşğulluğunu təmin etmək üçün zəruri tədbirlər görüb.
Prezident İlham Əliyevin bu cəbhə bölgəsinə çoxsaylı səfərləri rayon əhalisində yüksək əhvali-ruhiyyə yaratmaqla, qələbəyə inamı artırmaqla yanaşı, bölgənin sosial simasını da başdan-başa dəyişdirib. Dövlətin davamlı və yetərli qayğısı sayəsində Horadiz müharibənin xarabalıqları üzərində qurulmuş son dərəcə abad və müasir bir şəhərə çevrilib. Çəkilən abad və rahat asfalt yollar, yeni tikilən çoxsaylı sosial obyektlər, ictimai-siyasi sabitlik, sağlam mənəvi-psixoloji mühit rayon əhalisinin firavan yaşamasına hesablanır və hər kəsdə razılıq, hədsiz minnətdarlıq hissi doğurur.
Bu gün işğaldan azad olan ərazilərdə yenə təsərrüfat və quruculuq işləri davam edir. Uçurulan evlər, dağılan yollar bərpa edilib qaydaya salınır. Amma Füzulinin sağalmayan yaraları da var. Rayonun bu savaşlarda 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkib, onlardan 155-i yetim qalıb.
Vətənimizin bu dilbər guşəsinin azadlıq günü, əlbəttə ki, qabaqdadır. İki il öncə - 2016-cı ildə Azərbaycan Ordusunun keçirdiyi uğurlu Aprel döyüşləri hər kəsdə böyük inam hissi yaratdı. Çünki Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Lələtəpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edildi. Bu gün Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir. Birinci mərhələdə yaşayış məntəqəsində 50 fərdi ev, məktəb binası və müvafiq infrastrukturun tikintisindən sonra ikinci mərhələdə 100 fərdi yaşayış evi, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binalar, poçt binası və Şuşa məscidinin bənzəri olan yeni məscid, eləcə də digər zəruri infrastruktur obyektləri inşa edildi. Bu gün isə Cocuq Mərcanlıda həyat qaynayır. Cocuqmərcanlılıların torpaq həsrəti sona çatıb və hazırda kənd əhalisinin bir qismi burada xoşbəxt həyat sürür.
Məhz bu zəfər qəlblərdəki ümid çırağını yandırmış oldu. Bu gün bütün ölkə ictimaiyyəti, qaçqın və məcburi köçkünlər hesab edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan bu qətiyyətli addımlar növbəti uğurlarımızın, doğma ellərə “Böyük qayıdış”ın başlanğıcıdır.
Bölgədə müşahidə olunan əsas şərt odur ki, Füzuli camaatı böyük qələbənin tezliklə qazanılacağına, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və yenilməz qətiyyəti sayəsində Qarabağın işğaldan tamamilə azad ediləcəyinə birmənalı şəkildə inanırlar. İnam varsa, qələbə mütləq olacaq. Çünki inam qələbənin yarısıdır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM