Alternative content

09:58 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Euronews”: Neftdən gələn sağlamlıq
“Euronews”: Neftdən gələn sağlamlıq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 21.08.2018

 

“Azərbaycan dünyada bənzəri olmayan bir müalicə üsuluna malikdir - Naftalan nefti ilə müalicə. Bakının 320 kilometrliyində yerləşən Naftalandakı bu möcüzəli yağ dəri xəstəlikləri, revmatizm, qan dövranı və s. müalicəsi üçün şəfa mənbəyidir”.

AZƏRTAC xəbər verir ki, bu barədə “Euronews” telekanalının Naftalan neftindən bəhs edən reportajında deyilir.

Məşhur aparıcı Serxio Kantone reportajında Naftalan şəhərinin turizm sahəsində geniş təcrübəsi və dünyada bənzəri olmayan bu neftlə müalicə üsulları barədə məlumat verir. Müəllif qeyd edir ki, Naftalan nefti nəqliyyat yanacağı üçün istifadə edilən neftdən deyil. Onu fərqləndirən və möcüzəli edən məhz orqanizm üçün xeyirli xüsusiyyətləridir.

Reportajda Naftalan neftinin orqanizmə müsbət təsirlərindən, insanların bu neftə üstünlük vermələrinin səbəblərindən danışan həkim Dilbər Kazımova onun hansı xəstəliklər zamanı faydalı olması barədə ətraflı məlumat verib.

Müəllif onu da diqqətə çatdırıb ki, burada təyin edilən müalicə müddətində xəstələr hər gün 10 dəqiqə neft vannası qəbul edirlər. Bu vannalar bir çox xroniki xəstəliklərin müalicəsində də müsbət təsirə malikdir.