21 Avqust 2018 12:08
480
İDMAN
A- A+

Yelkənçilərimizin mütləq beynəlxalq qələbəsi

 

Dünyanın ən mötəbər yarışlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını nümayiş etdirir.

Fərəhli haldır ki, Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır. İdmançılar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edirlər. Bu isə onu göstərir ki, təmsilçilərimizin uğurları təsadüfi xarakter daşımır.

Sevindirici haldır ki, bu gün uğur qazanan idmançılar sırasında yelkənçilərimiz də var. Ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən Azərbaycan Yelkənli İdman Federasiyasının təmsilçiləri Qazaxıstanın Aktau şəhərində keçirilən “Beynəlxalq Xəzər Kuboku” yarışında qələbə qazanaraq növbəti dəfə onlara göstərilən etimadı doğruldublar.

Federasiyadan verilən məlumata görə, turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan və Özbəkistan təmsilçiləri də mübarizə aparıblar. Beynəlxalq turnirdə kişi idmançılarımız birinci və üçüncü yerlərdə, qızlarımız isə fəxri kürsünün hər üç pilləsində qərarlaşaraq medallara sahib olublar. Hər üç əyarlı medalların hamısına sahib olan yelkənçilərimizin yarışda qazandıqları parlaq qələbələr əcnəbi məşqçilərin də diqqətini cəlb edib, onların uğuru böyük rəğbətlə qarşılanıb.

Yarışda Azərbaycanı Murad Hacızadə, Kristina Kərimova, Ayla Babayeva, Fidan Ağazadə, Səxavət Əzimov, Nicat Şükürov, İsmayıl Həmidov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, köməkçi məşqçi Aleksandr Knyazev təmsil ediblər.

Xatırladaq ki, Azərbaycan Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova Sloveniyada keçirilən “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından dördüncü yerdə qərarlaşaraq yüksək nəticə göstərib.

Aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi mütəmadi olaraq maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançılar cəlb etməkdir. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda “Optimist” və “Lazer” sinifləri üzrə iki komanda formalaşdırılıb. Bu sinifləri xaricdən dəvət edilən iki baş məşqçi çalışdırır. Komandaların məşqləri məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin rəhbərliyi ilə keçirilir.

Qarşıya qoyulan hədəflərə çatmaq üçün federasiya tərəfindən Avropanın qabaqcıl şirkətlərinin istehsalı olan yelkənli idman qayıqları gətirilib, beynəlxalq səviyyəli məşqçilər Azərbaycana dəvət edilib. Bu addımların davamı olaraq, mayın 31-dən iyunun 3-dək milli komandanın hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədilə təlim düşərgəsi təşkil olunub. Məşqlərin yüksək keyfiyyəti və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi, altıqat dünya, dördqat Avropa çempionu, 30 il məşqçi kimi fəaliyyət göstərən Draqan Qasiç Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən həmin təlimə cəlb edilib.

Şübhə yoxdur ki, yelkənli idman növü ölkəmizdə gələcəkdə daha da inkişaf edəcək və idmançılarımız Azərbaycana yeni-yeni uğurlar qazandıracaqlar. Çünki Prezident  İlham Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıdıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video