Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

16:02 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa humanitar fəlakət qarşısında acizliyini gizlətmir...
Avropa humanitar fəlakət qarşısında acizliyini gizlətmir...
ANA SƏHİFƏ / SİYASƏT
12:08 21.08.2018

 

Azərbaycan bu gün beynəlxalq miqyasda humanitar yardım göstərən ölkə kimi tanınır

 

Böhran, fəlakət, təcavüz, işğal son iki əsrdə xalqların leksikonuna daxil olan ifadələrdir. Bu isə, əlbəttə, ağır fəsadlara səbəb olur. Planetin müxtəlif qütblərində baş vermiş təbiət hadisələri, eləcə də məhəlli və beynəlxalq münaqişələr, müharibələr, terror və s. nəticəsində zərər çəkmiş insanların üzləşdiyi hallar humanitar yardımlara ciddi ehtiyac yaradır. Məhz buna görə də 19 avqust BMT Baş Məclisinin qərarı ilə Dünya Humanitar Yardım Günü kimi qeyd olunur.
BMT Baş Məclisinin qətnaməsi ilə 2008-ci il dekabrın 11-də elan edilmiş Dünya Humanitar Yardım Gününün məqsədi insanları bəlalardan xilas etmək üçün çalışanları və bu nəcib əməl uğrunda həyatını itirənlərin xatirəsini yad etməkdir. Bu günün təsis edilməsi 2003-cü il avqustun 19-da İraqda BMT qərargahının bombalanması nəticəsində yardım göstərən işçilərin həlak olması ilə bağlıdır. Keçirilən tədbirlərin məqsədi humanitar yardım işçilərini dünyanın harasında yaşamasından və kimliyindən asılı olmayaraq, təhlükə altında olan insanlara kömək əlini uzatmağa çağırmaqdır. Bununla humanitar yardım işçilərinin fəaliyyəti və onların üzləşdiyi çətinliklər barədə cəmiyyəti məlumatlandırmağa imkan yaradılır.
Ötən əsrin doxsanıncı illərinin əvvəlindən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkünün üzləşdiyi problemləri aradan qaldırmaq üçün ölkəmizdə də humanitar yardımlara ciddi ehtiyac yarandı. Çünki bu fəlakət dövlət müstəqilliyinin yenicə bərpa olunduğu illərə təsadüf edirdi. Lakin bir müddət keçəndən sonra ulu öndərin rəhbərliyi ilə dövlətimizin hərtərəfli inkişafı nəticəsində Azərbaycan özü humanitar yardımlar edən donor ölkəyə çevrildi. Son illər isə Pakistan, Yaponiya, Somali və başqa ölkələrə birbaşa humanitar yardımlar göstərən Azərbaycanın atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən böyük xeyirxahlıq kimi dəyərləndirilir. Ölkəmizin və xalqımızın belə xeyirxah addımları həmrəyliyin gözəl nümunəsi kimi qiymətləndirilir.
BMT-nin sabiq baş katibi Pan Gi Munun vaxtilə Dünya Humanitar Yardım Günü ilə bağlı dünya ictimaiyyətinə ünvanladığı müraciətdə deyilirdi ki, humanitar böhranlar hər il təkrarlanır. Ehtiyacı olanlara, evlərini, sevdiklərini və gəlir mənbələrini itirmiş insanlara yardım edib onların əziyyətlərini azaltmaq və ümid gətirmək üçün birləşənlər az deyil. Belə insanların fədakarlıqları nəticəsində münaqişə və təbii fəlakətlər zamanı insanların həyatı xilas edilir. Baş katib Əfqanıstanda, Haitidə və başqa yerlərdə fədakarlıq edib vəzifə borclarını yerinə yetirərkən həlak olanları və yaralananları da xatırladırdı.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi 1993-cü ildən ölkəmizdə öz humanitar missiyasını yerinə yetirir. Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq mühüm humanitar yardım funksiyasını yerinə yetirən bu beynəlxalq qurumun fəaliyyətinin genişlənməsinə şərait yaradır. BMT QAK-ın Azərbaycandakı nümayəndəsinin fikrincə, məcburi köçkünlərin təxirəsalınmaz humanitar yardım ehtiyaclarının ödənilməsində, onların yaşayış şəraitinin və iqtisadi perspektivlərinin yaxşılaşdırılmasında Azərbaycan hökumətinin fəallığı bu fəlakətlə üz-üzə qalan Avropa üçün nümunədir.
Yeri gəlmişkən, dünyada 160 min insana gün işığı bəxş edən missiyanın da bu il ölkəmizdə humanitar aksiyaya qatılması təsadüfi deyil. Bu, “Fuji” humanitar missiyasının Azərbaycana humanitar məqsədli 14-cü səfəri kimi yadda qalıb.
Xatırladaq ki, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi hər il qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışının həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarının dəstəyi ilə bu cür missiyalar təşkil edir. Builki humanitar fəaliyyət isə iyulun 3-dən 14-dək Gəncə, Şəmkir və Bakı şəhərlərində həyata keçirildi.
Yaponiyanın adıçəkilən missiyası Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,6 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 54 minədək yüksəkkeyfiyyətli optik eynək və digər əşyalar ölkəyə gətirilib. Ümumilikdə 28 min nəfərdən artıq qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insan BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin aidiyyəti hakimiyyət orqanları ilə birgə yaratdığı şəraitdən istifadə edərək ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Bu il də həmin missiya davam etdirilib.
Tailandda Hind-Çin qaçqınları üçün humanitar fəaliyyətə başladığı 1983-cü ildən indiyədək “Fuji” humanitar missiyası Asiya, Avropa və Afrikanın altı ölkəsinə qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan insanlar üçün 160 min eynək ianə etmişdir.
Maraqlıdır ki, Azərbaycan hökumətinin tövsiyə dəstəyi ilə doktor Akio Kanai 2006-cı ildə “Nansen” Qaçqın Mukafatına layiq görülüb. Həmin mükafatdan əldə etdiyi vəsaiti isə o, Beyləqan rayonunda məcburi köçkün icması üçün su təchizatı layihəsinin maliyyələşdirilməsinə yönəldib.
Qaçqın, miqrant, məcburi köçkün problemi dünyada həmişə olub. Münaqişələrin sayı çoxaldıqca qaçqın və miqrantların sayı da artmağa başlayıb. İraq, Əfqanıstan, Liviya, Misir, Suriyada, hər gün, az qala, yüzlərlə insan ölür. Bunlar torpaq, təbii sərvətlər əldə etmək və hegemon dövlətlərin nüfuz dairələrini genişləndirmək kimi cəhdlərin nəticəsidir.
Təəsüfləndirici haldır ki, dünyada 130 milyon insanın həyatı humanitar yardımlardan asılıdır. Humanitar yardım tələbatları İkinci Dünya müharibəsindən sonra rekord həddə çatıb. Birləşmiş Millətlər Təşkilatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və qeyri-hökumət təşkilatlarının hesabatlarında humanitar yardım işçilərinə edilən hücumların, onların öldürülməsi və oğurlanması hallarının sayındakı artım göstərir ki, bunun qarşısının alınmaması daha ağır fəlakətlərə gətirib çıxara bilər. 2004-cü ildə 56 humanitar yardım işçisi qətlə yetirildiyi halda, 2014-cü ildə bu rəqəm 121-ə, insidentlərin sayı isə 63-dən 190-a çatıb.
550 milyonluq əhalisi olan Avropa ölkələrinin 800 min nəfər qaçqının problemi qarşısında aciz qaldığı çox da uzaq tarix deyil. Lakin Azərbaycan uğurlu dövlət siyasəti nəticəsində 1 milyonldan çox qaçqın və məcburi köçkünün problemlərini həll edir. Azərbaycana səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri bütün dünyaya nümunə göstərirlər.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM