Alternative content

01:44 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyada 2 milyard yoxsul insan var
Dünyada 2 milyard yoxsul insan var
ANA SƏHİFƏ / DÜNYA
10:08 20.08.2018

Dünya Humanitar Yardım Günü münasibətilə hazırlanan hesabata görə, hazırda dünyada 2 milyard insan yoxsulluq, 753 milyon isə bu həddən də aşağı səviyyədə yaşayır. Bu insanların böyük əksəriyyəti quraqlıq, silahlı münaqişələr və təbii fəlakətlərdən əziyyət çəkənlərdir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, 2017-ci ildə 134 ölkədə 201 milyon insana humanitar yardım göstərilib. Hesabatda bildirilir ki, silahlı münaqişələr nəticəsində Yəməndə 20,7 milyon, Suriyada isə 13,7 milyon nəfərin aclıq həddində olduğu aşkar edilib. Ötən illər 3,5 milyon suriyalı qaçqına sığınacaq verən Türkiyədə humanitar yardıma ehtiyacı olanların sayı 12,8 milyona çatıb. Hesabatda Efiopiya, İraq, Nigeriya, Konqo Demokratik Respublikası, Sudan, Əfqanıstan, Somali, Keniya, Haiti, Kolumbiya, Çad, Mali, Ukrayna, Kamerun, Livan, Pakistan, Burundi ən çox yardıma ehtiyacı olan ölkələr sırasında ilk yerləri tuturlar. Bu ölkələrin əksəriyyətində silahlı münaqişələr mövcuddur.

Hesabata görə, 2 milyard insanın gündəlik gəliri 3,2 dollar olduğu halda, 7,53 milyon nəfər gündə cəmi 1,9 dollar qazana bilir. 2017-ci ildə məcburi köçkünlərin sayı isə 2,9 milyon nəfər artaraq 68,5 milyona çatıb. BMT və digər beynəlxalq təşkilatların göndərdikləri humanitar yardımların 60 faizi 10 ölkənin, o cümlədən 14 faizi Suriyanın, 9 faizi isə Yəmənin payına düşüb. Qaçqınları qəbul edən Türkiyə və Yunanıstan da bu onluğa daxildir. Humanitar donor kimi Türkiyə özü qaçqınlara 8 milyard dollar vəsait ayırıb. Donorlar arasında sonrakı yerləri ABŞ (6,68 milyard dollar) və Almaniya (2,99 milyard dollar) tutur. Ümumilikdə, 2017-ci ildə qlobal humanitar yardımın həcmi 901 milyon dollar artaraq 27,3 milyarda çatıb. Fərdi donorların humanitar yardımları isə 6 milyard dollar təşkil edib.