Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

18:07 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qurban bayramı ilə əlaqədar satış yarmarkalarına 35 minə yaxın heyvan çıxarılacaq
Qurban bayramı ilə əlaqədar satış yarmarkalarına 35 minə yaxın heyvan çıxarılacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:08 20.08.2018

Qurban bayramı ilə əlaqədar avqustun 21-dən 23-dək Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxtda və bölgələrdə keçiriləcək iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkasına 35 minə yaxın heyvan çıxarılması nəzərdə tutulub. Həmçinin bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirmək üçün qonşu ölkələrdən, əsasən də Gürcüstandan 20 min baş heyvan gətirilib.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.

Yarmarkaların Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi məntəqələrdə təşkil olunacağını deyən V.Hüseynov bildirib ki, Bakıda 32 yerdə, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay və İsmayıllıda satış yarmarkaları açılacaq.

“Bundan başqa nazirlik bölgələrdə çalışan fermerlərə də müraciət edib. Onlar yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaqlar”, - deyən V.Hüseynov diqqətə çatdırıb ki, fermerlər də heyvanları satış yarmarkalarına gətirib sata bilərlər. Nazirlik bunu dəstəkləyir.

Yarmarkalara nazirliyin tabeliyindəki təsərrüfatlardan isə təxminən 1000-1500 baş iri və xırdabuynuzlu heyvan çıxarılacaq.

“Tövsiyə edirik ki, fermerlər damazlıq keyfiyyəti olan yerli və xaricdən gətirilmiş cins heyvanları qurbanlıq heyvan kimi bazara çıxarmasınlar”, – deyə Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini bildirib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM