Alternative content

14:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya okeanı Yeri təhdid edən viruslara yoluxub
Dünya okeanı Yeri təhdid edən viruslara yoluxub
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:08 20.08.2018

Bir damcı okean suyunda Yerdə iqlimin dəyişməsinə təsir göstərən hədsiz sayda mikroorqanizm var. Alimlər belə dəyişikliklərin nəticələrini tədqiq ediblər.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, Bergen Universitetinin alimləri hələ 1989-cu ildə okean suyunun tərkibindəki mikrooqranizmləri öyrənməyə başlayıblar. Tədqiqatın nəticələri göstərib ki, bir damcı okean suyunda əvvəllər hesab edildiyindən yüz dəfə çox – təqribən 250 milyon virus var. Virusların tərkibi yetərincə müxtəlifdir və çox vaxt təkcə insana deyil, bütövlükdə planetimizə mənfi təsir göstərir.

Rusiya Elmlər Akademiyasının mütəxəssisləri müəyyən ediblər ki, bütün dəniz virusları bir zəncirə düzülsə, onun uzunluğu təqribən 60 qalaktika təşkil edər. Dünya okeanındakı virusların sayı kvintilyonlarla ölçülür. 2016-cı ildə birləşmiş alimlər qrupu DNT viruslarının 125 mindən çox sahəsini tapıb və bu da məlum viruslu genlərdən 16 dəfə çoxdur. Tədqiqatlar göstərib ki, virusların hamısı yetərincə primitivdir və xoşagəlməz mühitə uyğunlaşıb. Virusa yoluxma həqiqətən sianobakteriyaların fotosintez qabiliyyətinə təsir göstərir, bakteriofaqların hücumundan sonra bakterial kulturada karbon qazının fiksajı beş dəfə azalır.

Rusiyalı alimlər bildiriblər ki, su ekosistemlərinin üzvi maddə və biogen elementlərdən ibarət yeni qlobal dövriyyə sistemi - virioplankton biogeokimyəvi və ekoloji proseslərin çoxuna, o cümlədən qidalanma tsiklinə, tənəffüsə və ekosistemin müxtəlif hissələrində maddələrin paylanmasına təsir göstərir. Karbon və azotun dövriyyəsini qiymətləndirərkən virusların rolu nəzərə alınmalıdır, çünki onlar qlobal biogeosiklləri tənzimləyən qida şəbəkələrinin mühüm hissəsidir. Belə çıxır ki, Dünya okeanı bütün planetimizi təhdid edən çox təhlükəli viruslara yoluxub.