20 Avqust 2018 10:08
433
İDMAN
A- A+

Azərbaycanın gimnastika komandası dünya kubokunun finalında çıxış edib

Bu həftəsonu Belarusun paytaxtı Minskdə bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışları başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, otuz doqquz ölkədən 200-dən çox gimnastın iştirak etdiyi turnirə Azərbaycan təmsilçiləri də qatılıblar. Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Ayşən Bayramova və Diana Domandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə səkkizinci pillədə qərarlaşıb. Komandamız, həmçinin hər iki kompozisiya ilə final mərhələsinə keçməyi də bacarıb.

Qızlarımız beş halqa ilə final çıxışlarına görə 19,800 xal alaraq altıncı, üç top – iki ip ilə kompozisiyaya görə isə beşinci yerdə qərarlaşıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video