Alternative content

05:41 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Ağsaqqallar Şurasının sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib
Azərbaycan Ağsaqqallar Şurasının sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:08 20.08.2018

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

Şuranın sədri Fəttah Heydərov təbrikində həmvətənlərimizi dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan, əsrlər boyu insanları həmrəyliyə, halallığa və paklığa səsləyən müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, xalqımızın və dövlətimizin tərəqqisi, əmin-amanlığı naminə edilən duaların, kəsilən qurbanların Allah dərgahında qəbul olunmasını diləyir.

Təbrikdə qeyd edilir ki, bu gün ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu tolerant Azərbaycanda Prezident İlham Əliyev tərəqqi, rifah, sülh və sabitlik yoluna sadiq qalaraq, dövlətçilik siyasətində müqəddəs mənəvi dəyərlərə daim yüksək qiymət verir, birlik və qardaşlıq dini olan İslam dininin ümumbəşəri mahiyyətinə böyük hörmətlə yanaşır. Bu səbəbdəndir ki, Azərbaycanda milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban bayramı hər il böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin, xalqımızın sosial-iqtisadi inkişafı və firavanlığı üçün dualar oxunur, şəhid Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilir.

Bildirilir ki, siyasi, iqtisadi və maliyyə böhranının, hərbi və silahlı qarşıdurmaların davam etdiyi müasir dünyada bəzi xarici qüvvələrin, qərəzli təşkilatların durmadan antiazərbaycan kampaniyası aparmasına baxmayaraq, ölkəmiz öz inkişaf tempini saxlayır, xalqımız təhlükəsizlik şəraitində yaşayır, respublikamızda sabitlik və tərəqqi hökm sürür. Müasir Azərbaycanda mütərəqqi islami dəyərlər və adət-ənənələr uca tutulur, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsi hökm sürür.

“İnanıram ki, vətəndaşlarımız sülh, əmin-amanlıq və bərabərlik rəmzi olan Qurban bayramı günlərində olduğu kimi hər zaman mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi yolunda daha böyük əzmkarlıq nümayiş etdirəcəklər”, - deyə təbrikdə vurğulanır.